AZ

Nokia 2.1 DS: qiyməti və özəllikləri

d0e1e10c79bdda54896dbb9b5f8a9e10.jpg
08.11.2019 13:30

Bir zamanların ən məşhur texnologiya şirkəti olan “Nokia” silsilə uğursuzluqlardan sonra yenidən bazarı ələ almaqda iddialıdır. TED.az olaraq “TEDfon” rubrikasında nisbətən az gəlirli, yaxud gözə batmağı sevməyən telefon həvəskarlarını hədəfləyən modeldən – “Nokia 2.1 DS” smartfonunu araşdırmışıq:

 

Nokia 2.1 DS

 

8 GB daxili, 1 GB operativ yaddaşı olan smartfon dizayn və texniki özəllikləri ilə yeni nəsil ağıllı telefonlarla yarışacaq gücdədir. 4000 mAs batareya gücü, 2 sim girişi kimi xüsusiyyətləri və çox sərfəli qiyməti ilə bu telefon dar gəlirli, yaxud gözə batmağı sevməyən istehlakçılar üçün ideal seçim ola bilər.

 

Gözoxşayan dizayna malik bu cihaz 174 qram çəkisi, 153.6x77.6x9.7mm ilə olduqca ələyatımlıdır.

 

Cihazın əsas kamerası 8 Mp görüntü keyfiyyəti təqdim edir. 5 Mp-lik ön kamera isə istifadəçiyə keyfiyyətli “selfie” çəkilişində ideal köməkçidir.

 

Android əməliyyat sisteminin Android 9 (Go Edition) versiyası ilə çalışan telefonda 4 nüvəli Quad-Core 1.4 Ghz prosessora malikdir. 3G, 4G, GPS texnologiyası da mövcuddur.

 

Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 199,99 manata təklif olunur.

 

Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq ilkin ödəniş olmadan faizsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə ilkin ödəniş tələb edilməsə də müəyyən faiz hesablanır. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.

 

Məhsul kreditlə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.

 

Sözügedən telefon Optimal Electronics-də 199 manatdır. Bundan başqa, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.

 

Mağazada, həmçinin pulsuz çatdırılma xidməti təklif olunur.

 

İrşad Electronics-in saytında bu telefon müştərilərə təklif edilmir.

 

Baku Electronics-in saytında sözügedən smartfon alıcılara 199 manata təklif edilir. Eyni zamanda, mağaza bu məhsulu 6 aylıq kreditlə də müştərilərinə təklif edir.

 

Maxi.az-da bu model 199 manata satılır. Saytda sözügedən telefona hər hansı endirim və kredit tətbiqi barədə məlumat yoxdur.

 

World Telecom-un saytında bu telefon 199 manatadır. Birkart istifadəçilərinə 18 aylıq faizsiz kreditlə təklif olunur. Adi müştərilər isə məhsulu 6-12 aylıq kreditlə əldə edə bilərlər. İlk seçimdə faiz hesablanmasa da, ilkin ödəniş kimi 99,5 manat tələb olunur. İkinci seçimdə isə telefon alıcıya 228 manata başa gəlir.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər.

 

İş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş tələb oluna bilər.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox