AZ

Beynəlxalq World E-commerce Eurasia - 2019 Baku Forumu keçiriləcək

42cc456aea75e8be3a4a437e71c54c02.jpg
13.11.2019 14:39

Noyabrın 26-da Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişaf etdirilməsi və bu mövzuda əlaqələrin genişləndirilməsi məqsədilə beynəlxalq praktiki forum keçiriləcəkdir.

 

TED.az xəbər verir ki, forum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində “İnnovasiyalar mərkəzi” MMC-nin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, Türkiyənin “WORLDEF” şirkətinin və "WORLDEF" şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi "My Broker” gömrük təmsilçiliyi ilə təşkil ediləcək.

 

Forumda elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılarımıza və biznes subyektlərinə dünyada son tətbiqlər, müasir trendlər və praktik həllər ilə bağlı region üzrə öndə gələn şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumatlar veriləcək.

 

Sözügedən forumda beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, yerli və xarici investorlar da daxil olmaqla 400-dən çox nümayəndə iştirak edəcəkdir. Forum 10-dan çox xarici ölkənin bu sahədə olan mütəxəssislərini, 50-dən artıq E-ticarət və onlayn ödəniş platformalarının təmsilçilərini bir araya gətirməyi, Azərbaycanda elektron ticarət sektorunun sürətli inkişafına töhfə verməyi hədəfləyir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox