AZ

İşəgötürülənlər üçün sosial sığorta şəhadətnaməsi avtomatik sifariş ediləcək

6276eb4b4355e74e6ff3a28b20e5fd79.jpg
13.11.2019 14:46

"İlk dəfə işəgötürülən şəxslər üçün sosial sığorta şəhadətnaməsinin avtomatik sifarişi həyata keçiriləcək. Yəni sistemə əmək müqaviləsi bildirişini daxil etdikdə, avtomatik olaraq sığorta altsisteminin məlumatı ötürüləcək".

 

TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kənan Əkpərov deyib.

 

Kənan Əkpərov bildirib ki, bununla da işəgötürən iki əməliyyat yerinə yetirmək məcburiyyətində qalmayacaq: E-sosial internet portalından əlavə məlumatlandırma mexanizmi tətbiq edəcəyik. Burada vətəndaşlara ödənilən pensiyalar haqqında proaktiv məlumatlandırma həyata keçiriləcək. Vətəndaş baş verən yeniliklər barəsində dərhal məlumatlandırılacaq. Eyni zamanda, mobil tətbiqlərimiz üzərindən müxtəlif məlumatlandırma həyata keçiriləcək".

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox