AZ

Azercell ölkəyə 5G-ni dəstəkləyən cihazlar gətirir – qiyməti neçəyə olacaq?

4cd642a05a15021d78e8bc8b6244e59e.jpg
13.11.2019 16:21

“5G mobil rabitə şəbəkəsini dəstəkləyən cihazlar ölkəyə Azercell mobil operatoru ilə əməkdaşlıq edən şirkətlər tərəfindən gətiriləcək”, – bunu TED.az-a açıqlamasında şirkətin korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya deyib.

 

Nigar Şıxlinskaya bildirib ki, Bakıya 5G-ni dəstəkləyən cihazlar dekabr ayından etibarən gətiriləcək: “Mobil şirkət olaraq çalışacağıq ki, sözügedən cihazların qiyməti ümumi bazar qiymətinə uyğun olsun. Bizim burada əsas məqsədimiz qazanc əldə etmək yox, mobil internetin istifadəsini və sürətli internet genişləndirməkdir. Qiymətlər haqqında danışmaq hələ ki, tezdir. Lakin dediyim kimi, bütün hallarda Azercell-in əsas məqsədi ölkədə 5G texnologiyasını genişləndirməkdir”.

 

Zeynəb ƏKBƏR 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox