AZ

Startap Fest internet üzərindən 10 mindən çox insana çatdırılacaq

b26c6fb5e1fb8498488aeb8f7cd66db6.jpg
15.11.2019 13:15

"Startap Fest tədbirinin ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır".

 

TED.az xəbər verir ki, bunu İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov deyib.

 

Məmməd Kərimov bildirib ki, burada əsas məqsəd odur ki, ölkə daxilində ekosistemdə olan bütün startaplar bir-biri ilə görüşsün, əldə etdikləri təcrübələrini paylaşsınlar: "Biz çalışırıq ki, regionlardan, yaxın ölkələrdən ekosistem oyunçularını da dəvət edək. Festivalda 30-dan çox qonağımız olacaq. Həftə ərzində davam edəcək tədbirdə müxtəlif mövzular müzakirə olunacaq. Diqqətinizə maliyyə texnologiyaları ilə əlaqəli TechStarts tədbirini çatdırmaq istərdim. Bu dünyada ən böyük 3-lüyə daxil olan akselaratorlardan biridir. Eyni zamanda, elektron ixracatla bağlı da ayrıca tədbir planlaşdırılır. Ümumilikdə, tədbirə 2000-dən artıq iştirakçı gözləyirik. Amma bu festivalın internet üzərindən olan əhatə dairəsi daha da böyük olacaq. Təxmin edirik ki, 10 minlərlə insan həm video, həm də digər formada olan materialları istifadə edə biləcəklər".

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox