AZ

Bu yolla yeni istifadəyə verilən Azərişıq ASC elektrik şəbəkəsinə onlayn qoşula bilərsiniz – TEDassistant

2a713800482d51727cf90c071fc77ab6.jpg
20.11.2019 17:24

Xəbər verdiyimiz kimi Azərişıq ASC elektrik şəbəkəsinə onlayn qoşulma xidmətini istifadəyə verir.

 

Belə ki, artıq sahibkarlar obyektlərini elektrik enerjisi ilə təmin etmək üçün Elektron Hökumət portalı üzərindən heç bir növbə gözləmədən onlayn müraciət edə və 20 gün ərzində qoşula bilərlər.

 

TED.az öz oxucularını Elektron Hökumətin imkanları ilə yaxından tanış etmək üçün hazırladığı TEDassistant rubrikasında bu xidmətin istifadə qaydasını təqdim edir.

 

Sistemə giriş üçün Elektron Hökumət portalı üzərindən linkə  daxil olun və şəkildə göstərilən 3 identifikasiya sistemindən istifadə etməklə portala giriş edə bilərsiniz.

 

 

Şəxsi kabinetə daxil olduğunuz zaman Daxili İşlər Nazirliyinin məlumat bazasından (Basic İnformation) Fin məlumatlarına  əsasən məlumatlarınız əks olunur.

 

 

Daha sonra sizin Vergilər Nazirliyi bazasında VOEN (Tin data) məlumatlarınız çəkilir və bununla bağlı məlumatlar sistemə əlavə edilir.

 

 

E-gov-dan şəxsi kabinetə daxil olduğunuz zaman Əmlak Məsələri Dövlət Komitəsi bazasından (Object İnformation) obyektin reyester və qeydiyyat nömrəsini daxil edərək obyektin X və Y koordinatlarını komitənin verilənlər bazasından almış olursunuz.

 

 

Obyekt məlumatlarını daha sonra xəritə (GİS) sisteminə ötürür, sistem obyektə ən yaxın TM məlumatlarını təyin edir və sizə göstərir.

 

 

Yük hesabatına  gəlincə hesablamaq üçün aşağıdakı qaydaya əməl edin.

 

Beləcə, işlədicilərinin sayını sistemə daxil etməklə yük hesabatı formalaşdırılır.

 

 

Daha sonra yük hesabatı müraciət ekranında tələb olunan güc yerinə əlavə olunur.

 

 

Ödənişin Hesablanması

 

Yük hesabatından sonra "hesabla" düyməsində hansı məbləğdə ödəniş edəcəyiniz əks olunur.

 

Daha sonra muraciət qəbul olunur və ödəniş səhifəsinə yönləndirilir.

 

Sahibkar ödənişini etdikdən sonra sistemə müraciət daxil olur.

 

Qurumların təsdiq pəncərəsi

 

Bildirək ki, dövlət qurumları öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olaraq gələn müraciətləri təsdiq və ya imtina edə bilir.

 

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox