AZ

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində xidmət pəncərələri fəaliyyətə başlayıb

1ab18c3c4fb95120baebb25305dd0a79.jpg
21.11.2019 18:01

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri fəaliyyətə başlayıb.

 

TED.az xəbər verir ki, EKTİS-də qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət pəncərələri fəaliyyətə başlayıb.

 

Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri, bölgələrə ezam olunmuş səyyar qruplarla yanaşı, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və xidmətlərindən yararlana bilərlər. Eyni zamanda, gələcəkdə regionlarda açılacaq “ASAN xidmət” mərkəzlərində EKTİS-də qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı xidmət pəncərələrinin yaradılması nəzərdə tutulur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox