AZ

Salam, SİRİ, Krım Rusiyanındır? – Zelenski Apple-a hədə-qorxu gəldi

918c4fdad7f6365c30af220e0f66a007.jpg
02.12.2019 23:00

Prezidentin saytında Apple məhsullarına qadağa qoyulması tələbi ilə petisiya elan olunub.

 

TED.az xəbər verir ki, Ukraynanın prezidenti Vladimir Zelenski Apple qacetlərinə qadağa qoyulması ilə bağlı elektron ərizə yayımlayıb.

 

“Mən Apple-ın Ukraynadakı fəaliyyətini dərhal qadağan etməyi, məhsullarını və idxalını qadağan etməyi tələb edirəm. Əhalinin əlində olan məhsullarının utilizasiyası üçün dövlət proqramını yaratmaq lazımdır ", - deyə Zelenski öz saytında paylaşım edib.

 

Ərizənin təsdiqlənməsi üçün ən az 25 min səs tələb olunan halda, hazırda petisiya 1000 nəfərdən az insan tərəfindən dəstəklənib.

 

Qeyd edək ki, sənəd üçün səsvermənin bitməsinə 89 gün qalıb.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Apple şirkəti Geolokasiya xidmətində Krım yarımadasını Rusiyaya aid olduğunu bildirmişdi.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox