İran hökuməti interneti nəzarət altına almaq istəyir
1979-cu ildə baş verən İslam İnqilabından sonra Ruhullah Xomeyninin rəhbərliyi altında fərqli bir ölkəyə çevrilən İran tətbiq etdiyi qadağaları və ölüm hökmləri ilə tez-tez gündəmə gəlir.
TED.az xəbər verir ki, külli miqdarda neft və təbii qaz ehtiyatına sahib olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən ticarət sanksiyaları səbəbilə böyük iqtisadi böhran keçirən İran keçən noyabr ayında benzinin qiymətini artırdı.
Xatırladaq ki, xalqın etirazı ilə qarşılaşan Tehran hökuməti həll yolunu interneti kəsməkdə görmüşdü. Çəkilən foto və videoların sosial media platformalarında paylaşılmasının qarşısını almaq və etirazları nəzarətdə saxlamaq üçün İran cəmi bir gün insanların dünya ilə əlaqəsini kəsmişdi. Bununla belə, xalqın səsini hələ də tam olaraq kəsə bilməyib.
ABŞ tərəfindən maliyyələşdirilən Radio Farda-nın verdiyi məlumata görə "İran İntraneti" olaraq adlandırılan Milli Məlumat Şəbəkəsi (NIN) insanların İnternet ehtiyaclarını ödəmək üçün xarici şəbəkələrə ehtiyac duymayacaq dərəcədə genişləndiriləcək.
Məlumat və Rabitə Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ildə hazırlanan layihə İranda etibarlı və sabit bir infrastruktur şəbəkəsini inkişaf etdirməyi hədəfləyir. İran prezidenti Həsən Ruhani bu səyin İranın dini lideri Əli Xamneyi tərəfindən də dəstəkləndiyini söyləyib.
Tehran hökumətinin bu addımı atması ölkədəki internet çıxışının tam mənada dövlət nəzarətinə alınmasına səbəb olacaq.
Üstəlik, İran xalqının dünya ilə məhdud ünsiyyəti tam qırılma nöqtəsinə gələcək.
Qeyd edək ki, Rusiya da İrandakına bənzər bir model üzərində işləyir. Çin isə artıq illər əvvəl ölkədəki bütün internet infrastrukturunu öz nəzarəti altına alıb.
Dünya bölməsindən digər xəbərlər
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD













