AZ

Dünyanın ən kiçik kamerafonu təqdim edildi – FOTO

a5dfb6d369e565fe165100616b46704b.jpg
11.02.2020 15:55

“Zanco” şirkəti ən kiçik telefonunu təqdim etdi.

 

TED.az xəbər verir ki, “Zanco”, “Tiny T1” telefonunun təkmilləşdirilən versiyasını təqdim edib.

 

Məlumata əsasən, yeni “Tiny T2” telefonunun ölçüsü 6,1×3×1,65 santimetr, çəkisi isə cəmi 31 qramdır. “Tiny T2” keçmiş versiyasından fərqli olaraq rəngli ekran, 0.3 meqapiksellik kamera, radio və MP3/MP4 pleyerə sahibdir. Telefonun maraqlı xüsusiyyəti oyunlarla təchiz olunmasıdır, qacetdə quraşdırılan oyunlardan biri əfsanəvi “Doodle Jump”dır.

 

 

HƏMÇİNİN OXU: Qatlanan smartfonların sayı artacaq – PROQNOZ

 

Bununla yanaşı, telefonun enerji saxlaması da həvəskarları yaxşı mənada təəcübləndirə bilər – bu qacet enerji yığmadan 7 günə qədər işləyə bilir.

 

 

Qeyd edək ki, “Tiny T2” telefonu aprel ayında ictimaiyyətə təqdim olunacaq. Bu qaceti 59 ABŞ dollarına əldə etmək mümkün olacaq.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox