AZ

BirKart-ı onlayn qaydada rəsmiləşdirmək mümkün oldu – YENİLİK

3dd3abc23981e082d1069e89d9327827.jpg
04.03.2020 10:35

Kapital Bank tərəfindən yeni “End to End” layihəsinin icrasına başlanılıb.

 

TED.az xəbər verir ki, layihə çərçivəsində müştərilər tərəfindən daxil olan BirKart müraciətlərinin emalı prosesi xeyli asanlaşdırılıb və tezləşdirilib.

 

HƏMÇİNİN OXU: BirBank vasitəsilə NFC ödənişlər etmək mümkün oldu

 

Beləliklə, BirKart arzusunda olan müştərilər vaxtlarına qənaət edərək kartı daha rahat və sürətli şəkildə əldə edə biləcəklər. Artıq banka gəlmədən BirKart-ı onlayn qaydada rəsmiləşdirmək mümkündür.

 

Yaşı 18-dən yuxarı və rəsmi gəliri olan hər kəs www.birkart.az və www.kapitalbank.az saytları, WhatsApp və digər onlayn üsullar vasitəsi ilə BirKart-la bağlı müraciət edə bilər.

 

Yenilik, həmçinin nağd pul krediti məhsuluna da şamil olunur. BirKart-ı və ya nağd pul kreditini götürmək üçün isə filialda sadəcə imza atmaq kifayətdir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox