AZ

“Microsoft Office 365”in auditoriyası 214 milyon nəfərdir

b3449f36dc269a687202be948f5ff5c2.jpg
13.05.2019 19:29

“OS Windows 10”un istifadəçilərinin sayı 900 milyonu ötüb. “Microsoft Office 365” ofis əlavəsinin paketi hələ ki, belə populyarlıqla öyünə bilməsə də, onun da auditoriyası kifayət qədər böyükdür.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, “Microsoft”un baş direktoru Tren Griffin bildirib ki dünyada 214 milyon “Microsoft Office 365” istifadəçisi var. Bu, “Spotify” (107 milyon) və “Amazon” (101 milyon) xidmətlərinin istifadəçilərinin sayından çoxdur. “Office 365” auditoriyasının əksəriyyəti biznes istifadəçisidir, fərdi auditoriyalar isə cəmi 34,2 milyon nəfərdir.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox