AZ

Mobil nömrə barədə məlumat əldə etmək ödənişsiz oldu

e3dc074c528d322e4bc7b91cef3fad72.jpg
11.04.2020 11:38

Artıq Azercell mobil operatorunun abunəçi bilgilərinin dəqiqləşdirilməsi xidməti nömrəyə dair bilgiləri SMS vasitəsilə öyrənməyə imkan verəcək.

 

TED.az xəbər verir ki, bunun üçün vətəndaş istifadə etdiyi nömrədən “6800” qısa nömrəsinə boş SMS göndərərək, nömrənin rəsmi sahibi haqqında bilgiləri (Ad, Soyad və Ata adı) SMS vasitəsi ilə əldə etməlidir.

 

Xidmət çərçivəsində yalnız SMS göndərilən nömrənin məlumatının təqdim edilməsi nəzərdə tutulub.

 

Xidmət haqqı 0.50 AZN təşkil etsə də,  koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ləğv edilən tarixə qədər xidmət və xidmətə qoşulma üçün SMS göndərilməsi tamamilə ödənişsizdir.

 

Xidmət korporativ abunəçilər istisna olmaqla bütün Fakturalı və Fakturasız (Sim-sim) xətt abunəçiləri üçün nəzərdə tutulub. Nömrənin rəsmi sahibi digər şəxs olarsa, onun cari istifadəçisi və rəsmi sahibi öz şəxsiyyət vəsiqələri ilə Azercell müştəri xidmətlərinə müraciət edərək nömrəni cari istifadəçinin adına keçirdə bilər.

 

Cavab SMS-də nömrə bilgilərinin natamam olduğu barədə məlumat daxil olsa, nömrənin cari istifadəçisi şəxsiyyət vəsiqəsi ilə Azercell müştəri xidmətlərinə müraciət edərək, müvafiq prosedurlar əsasında nömrəni öz adına keçirə bilər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox