AZ

WhatsApp-da koronavirus stikerləri   

 

8edf1da68dc9ba692cf35760df634690.jpg
23.04.2020 10:22

Məşhur sosial platforma WhatsApp koronavirusla bağlı önəmli addım atıb.  

 

TED.az xəbər verir ki, #EVDƏQAL, #MƏSAFƏNİQORU  kimi sıx istifadə olunan sözlər "Evdə birlikdə" adı altında stikerlərlə ifadə olunub.

 

Ümumdünya Səhiyyə Təşkilatı ilə ortaq iş kimi yaradılan paket 21 stikerdən ibarətdir.

 

Stikerlərdə yataq geyimləri ilə evdən işləmək, əlləri yumaq, sosial məsafə saxlamaq kimi önəmli məsələlər vurğulanır. 

 

Hazırda istifadəyə verilən stikerlər ərəbcə, ispanca, türkcə, fransızca, almanca, italyanca, rusca nəzərdə tutulub. Yeni stikerlərdən istifadə etmək üçün WhatsApp-da stikerlər bölümünü açmaq, sağda yerləşən "+" işarəsinə  vuraraq onları yükləmək lazımdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox