DİM-in onlayn iclası keçirildi - İmtahanlara hazırlıq işləri müzakirə olundu
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının 27 may 2020-ci il tarixində onlayn iclası keçirilib.
Dövlət İmtahan Mərkəzindən TED.az-a verilən məlumata görə, onlayn iclasda Direktorlar Şurasının üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.
İclasda Koronavirus (COVID-19) pandemiyası dövründə DİM-in fəaliyyəti, pandemiyanın təhsil və imtahan prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, virusla əlaqədar müvafiq metodiki göstərişlərə uyğun imtahanlara hazırlıq işləri və s. məsələlər müzakirə edilib.
COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti ilə bağlı məlumat verən sədr Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində DİM-in “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in sosial şəbəkə kanallarında müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar yerləşdirilib.
Bundan əlavə, xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Bu imtahanlara 100 mindən artıq yazılış qeydə alınıb.
Həmçinin pandemiyanın təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə təhsil sahəsini, o cümlədən buraxılış və qəbul imtahanlarının keçirilməsini tənzimləyən hüquqi-normativ aktlarda müvəqqəti dəyişikliklərin aparılması barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və NK-nın 18 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilib.
Onlayn iclasda iyun ayından etibarən hər həftəsonu ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilmə qrafiki və bununla bağlı görülən hazırlıq işləri də müzakirə edilib.
Qeyd olunub ki, imtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. DİM və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin tabeliyində olan binalara yerində baxış keçirilməsi, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyətinin yoxlanılması da vurğulanıb. Həmçinin imtahanlara hazırlıq məqsədilə “Şagird-məzun”, “Tələbə-məzun” elektron məlumat bazalarına məsul şəxslər tərəfindən lazımi informasiyaların daxil edilməsi və s. məsələlər də müzakirə olunub.
Elm bölməsindən digər xəbərlər
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Həftənin ən çox oxunanları
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Google Play-də böyük dəyişiklik
Xiaomi 15 üçün HyperOS 3 Ümumdünya Paylanmasına Başlandı
YouTube süni intellekt ilə videoları HD-yə yüksəldir
Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq
OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
Galaxy S25 Plus yandı!
Apple iPad üçün yeni tətbiqlər yayımlayacaq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


