AZ

VII "Virtual əlaçı" bilik yarışmasına start verilib

 

599
30.05.2020 10:49

Mayın 29-dan VII "Virtual əlaçı" bilik yarışmasına start verilib.

 

TED.az xəbər verir ki, yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

 

Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Elm bölməsindən digər xəbərlər

Daha çox