Çində postpandemiya dövründə həyat smartfonlarla idarə olunur
Koronavirusdan sonra Çində həyat smartfonlar vasitəsilə idarə olunur. Tətbiqdəki yaşıl, sarı, qırmızı rəngli kod istifadəçinin virusa yoluxub-yoluxmadığını göstərir.
TED.az xəbər verir ki, bu sistem Çinin hakim Kommunist Partiyası tərəfindən cəmiyyətdə müşahidəni və nəzarəti gücləndirmək məqsədilə yaradılıb. Müşahidə “Big Data”lar vasitəsilə aparılır. Məsələn, keçən həftə Uhan metrosunda olarkən geyim fabrikinin müdiri Vu Shenqhonq telefonla sağlamlıq kodunu skan edib. Ekranda yaşıl rəng və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin bir hissəsi görünüb. Beləliklə, xüsusi geyimli mühafizəçilər ona metroya daxil olmağa icazə veriblər.
Qırmızı rəng istifadəçinin yoluxduğunu, hərarət və digər simptomlarının olduğunu göstərir. Sarı rəng isə onun virusa yoluxmuş şəxslə təmasda olduğunu, iki həftəlik karantin müddətini tamamlamadığını, evdə və ya xəstəxanada mütləq şəkildə karantin nəzarətində olmasını bildirir. Çin höküməti qırmızı və sarı rəng göstərdiyi halda həmin insanları qəti şəkildə ictimai yerlərə buraxmır.
Belə ki, sağlamlıq kodunun istifadəsi işçilərin fabriklərə, ofislərə və marketlərə yenidən axın etməsi ilə infeksiyalarının qarşısını alır və ölkə iqtisadiyyatın canlandırmaq üçün mühüm rol oynayır. Uhan şəhərinin də daxil olduğu Hubei vilayətinə giriş-çıxış 23 yanvarda dayandırılıb və hal-hazırda karantin müddəti aprelin 8-nə qədər uzadılıb.
Oksford Universitetinin tədqiqatçıları “Science” jurnalında dərc olunan hesabatda digər hökumətlərin bu rəqəmsal izləmə tətbiqini nəzərdən keçirməli olduğunu qeyd ediblər. Hazırda Uhandakı ticarət mərkəzləri, ofis binaları və digər ictimai yerlərdə içəri dail olmazdan əvvəl hərarətləri yoxlanır.
Bu qaydalara riayət etmək əhalinin sosial borcudur. Bu kodlar internet nəhəngi Tencent LTD-nin məşhur We-Chat mesajlaşma xidməti və dünyanın ən böyük e-ticarət şirkəti “Alibaba Group” un Alipay elektron ödəniş xidmətləri vasitəsilə həyata keçirilir.
Sağlamlıq kodunu almaq çox sadədir; istifadəçilər elektron formda şəxsi məlumatları ünvanı və hərhansı simptomlarının olub-olmadığını təsdiqləyən ərizəni doldururlar.
Sərnişin Çinin Hubei əyalətindəki Uhan şəhərində metro stansiyasına giriş üçün QR kodunu skan edir. Çində post-koronavirusun yayılması bir smartfon ekranında yaşıl bir simvol ilə idarə olunur. Yaşıl rəng, istifadəçinin simptomsuz olduğunu söyləyən "sağlamlıq kodunu" bildirir.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















