TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
29 oktyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illiyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı növbəti ixtisaslaşmış Karyera Sərgisi keçirilib.
Sərgidə TEXİO Academy də aktiv şəkildə iştirak edib. Akademiyanın stendinə yüzlərlə tələbə və məzun yaxınlaşaraq təqdim olunan vakansiyalar, təcrübə proqramları və təqaüd imkanları ilə tanış olublar. Ümumilikdə sərgi çərçivəsində 2000-dən artıq iştirakçıya müxtəlif karyera imkanları təklif olunub.
Karyera sərgisi yalnız iş və təcrübə platforması deyil, həm də şəxsi və peşəkar inkişaf üçün interaktiv mühit kimi diqqət çəkib. Tədbir çərçivəsində müxtəlif “workshop”lar, seminarlar və interaktiv təlimlər keçirilib.
Bu sessiyalardan birini TEXİO Academy-nin təlimçisi Nərgiz Əliyeva təqdim edib. O, iştirakçılara “Kiber gigiyena və rəqəmsal təhlükəsizlik” mövzusunda maarifləndirici təlim keçirərək, gəncləri onlayn mühitdə təhlükəsiz davranış qaydaları və kibertəhlükəsizliyin əhəmiyyəti barədə məlumatlandırıb.
Sərgi boyunca TEXİO Academy komandası gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin peşələrinə hazırlamaq və texnologiya sahəsində karyera imkanlarını artırmaq məqsədilə müxtəlif istiqamətlər üzrə məlumatlar təqdim edib.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



