“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
“Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalib layihəsi olan “Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir.
Layihə çərçivəsində həyata keçirilən 5 aylıq proqramın ilk 3 ayı ərzində şagirdlər üçün “Bərpa olunan enerji mənbələri” mövzusunda nəzəri və praktik təlimlər təşkil olunub. İştirakçılar paralel və ardıcıl birləşmələr, müqavimət və gərginlik, günəş və külək enerjisi istiqamətlərində müxtəlif təcrübələr apararaq biliklərini praktik şəkildə tətbiq ediblər.
Təcrübələr vasitəsilə şagirdlər elektrik dövrələrinin qurulması və enerji mənbələrinin işləmə prinsiplərinin öyrənilməsi sahəsində praktik bacarıqlar qazanıblar. Onlar müşahidə aparmaq, nəticələri təhlil etmək və eksperimentlər vasitəsilə elmi nəticə çıxarmaq kimi tədqiqat bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda layihə şagirdlərdə ekoloji düşüncənin formalaşmasına və bərpa olunan enerji mənbələrinə marağın artmasına töhfə verir.
Qeyd edək ki, “Yaşıl gələcək” qrant layihəsi çərçivəsində keçirilən təlimlər Şirvan şəhər ümumtəhsil müəssisələrindən seçilmiş 30 şagird üçün Şirvan STEAM Mərkəzində icra olunur. Layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrini və növlərini araşdırmaq, öyrənmək, bu sahədə fəaliyyət göstərəcək mühəndis və ixtisaslı kadrların formalaşmasına töhfə vermək, eyni zamanda məktəb yaşlı şagirdlərdə enerjidən səmərəli və davamlı istifadə vərdişlərini aşılamaqdır. Layihənin rəhbəri Əzəmi Səbinənin rəhbərliyi ilə həyata keçirilən 5 aylıq layihənin ilk 3 ayı ərzində şagirdlər üçün nəzəri və praktik təlimlər təşkil olunub.
Layihə rəhbəri Əzəmi Səbinə
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












