AZ

iOS istifadəçiləri üçün qaranlıq rejim aktivləşdirilir - FEYSBUKDA

cdfa4f6023c6548133de80571c0e068e.jpg
27.06.2020 23:58

Artıq az qala bütün tətbiqlərdə qaranlıq rejimi aktivləşdirilib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən böyük sosial media platforması olan Feysbuk da trendə uyğun davranaraq iOS istifadəçiləri üçün qaranlıq rejim funksiyasını aktivləşdirməyə hazırlaşır. 


Açıqlamaya görə, funksiya artıq müəyyən kütlə üçün əlçatandır. Yaxın günlərdə isə bütün iOS istifadəçilərinə təqdim olunacaq. 


Bu gün paylaşılan bir tvit iOS istifadəçisinin Feysbukda qaranlıq rejimə keçməsini göstərir. Funksiya hamı üçün əlçatan olduqdan sonra "Sazlamalar" bölməsindən idarə edilə biləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox