“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.
Dövlət Komitəsindən TED.az-a verilən məlumata görə, belə tədbirlərdən biri “Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmətin elektronlaşdırılmasıdır. İyul ayından tətbiqinə başlanan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.
Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayışı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün “myGov” portalına daxil olmaq tələb olunur. “myGov” portalına “ASAN Login” sistemi üzərindən daxil olmaq mümkündür.
Portala daxil olmaq üçün istifadəçi FİN-i, “Asan imza”, elektron imzadan istifadə edə bilərsiniz. Bu xidmətlərdən istifadə ilə bağlı, “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.
Portala daxil olduqdan sonra “Bütün xidmətlər” bölməsindən, “Qurumlar üzrə” altbölməsinə keçid edilir və “Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi” seçilir. Açılan pəncərədə “Məcburi köçkün statusu haqqında arayış” xidmətinin üzərinə klik etməklə elektron arayış əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, “Yüklə” düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


Həftənin ən çox oxunanları
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək

