İcazələr deaktiv olunacaq: Bu gündən yeni icazələri sistemə yerləşdirə bilərsiniz
Nazirlər Kabinetinin 3 iyul 2020-cil tarixli 236 nömrəli Qərarına əsasən, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
TED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə də bir sıra yeniliklər tətbiq edilib.
Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.
icaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirə biləcəklər.
Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edilərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.
Yeni qaydalara əsasən, “İcazələrin Alınması və Monitorinqi Sistemi” “TƏBİB”in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.
“İcazələrin Alınması və Monitorinqi Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Ətraflı məlumat üçün 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Apple iOS 27 ilə Apple Intelligence-ı Zirvəyə Daşıyır!
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Samsung-un gəlirləri zirvəyə çatdı
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Nvidia Tətbiq Yeniləməsi
Galaxy AI yeni dil dəstəyi qazandı!
iPhone 17 Pro Max-ın soyutma sistemi onu dondurdu!
Google Gemini rekord qırdı!
DJI Neo 2 əl dronu təqdim edildi
2026-cı ilin ən çox gözlənilən texnoloji məhsulları!
Microsoft paylaşdı: Xbox satışları kəskin düşdü!
Samsung: Süni zəkaya yönəlmiş HBM4 yaddaşı yolda
Microsoft-un baş direktorundan maraqlı açıqlama
Həftənin ən çox oxunanları
Hökumətin casus yazılımı açığa çıxdı
Redmi Turbo 5 nəhəng batareyası ilə sızdırıldı!
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Süni İntellekt Axtarış Mühərrikləri Ənənəvi Axtarışları Geridə Qoyur
Apple 4 Trilyon Dollar Dəyərinə Çatdı
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Telefonunuzdakı vidjetlər avtomobilinizə gəlir
NVIDIA RTX 5090 Founders Edition məyusluq yaratdı
Toyota Corolla konsepti ilə qarşımızda



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD





