Əvvəlki illərin məzunları üçün imtahan vaxtı açıqlandı
İyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçiriləcək.
TED.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, imtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda – Ağdaş, Göyçay, Qazax, Qobustan, Qusar, Ağstafa, Ağsu, Kürdəmir, Qəbələ, Şabran, Ağdam, Beyləqan, Gədəbəy, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz, Astara, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Şəmkir, Tərtər, Yardımlı, İsmayıllı, Qax, Ucar, Xızı, Zaqatala, Balakən, Oğuz, Quba, Şamaxı, Zərdab, Ağcabədi, Daşkəsən, Şirvan, Naftalan, Saatlıda keçiriləcək.
İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.
Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcək.
“İmtahana buraxılış vərəqəsi” sabah gün ərzində Mərkəzin saytında yerləşdiriləcək.
Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcək.
Elm bölməsindən digər xəbərlər
iPhone Air 2 dizaynı sızdı!
Tesla “MultiPass” xüsusiyyətini Avropada genişləndirir!
Pinterest açıq mənbəli süni intellektlə xərcləri azaltdı
YouTube-un süni intellekt əsaslı yaş təsdiqləməsi narazılıq doğurdu!
Galaxy S26 dizaynı ikonik ola bilərdi, amma Samsung bunu etməyəcək!
Android avtomobilləri süni intellektə qovuşdu!
Apple Watch üçün mübahisəli qərar
WhatsApp-da istifadəçi adı dövrü başlayır: nömrə paylaşımı bitir!
Realme GT 8 Pro kamerası ilə gündəmdə
Facebook saxtakarlıq reklamları vasitəsilə milyardlar qazanır
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Həftənin ən çox oxunanları
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Apple iOS 27 ilə Apple Intelligence-ı Zirvəyə Daşıyır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

