Alimlərimiz yüksək texnologiya üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
Bakı Dövlət Universitetinin (BDU) alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar.
TED.az xəbər verir ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsi və Tətbiqi-Riyaziyyat Elmi-tədqiqat İnstitutu əməkdaşlarının tərəfdaş olduğu və “HORİZON 2020” beynəlxalq qrant proqramına xarici həmkarlarla birgə təqdim edilmiş SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology (Spektral Optimallaşdırma: Riyaziyyatdan fizika və yüksək texnologiyaya) adlı layihə qalib elan olunub.
Almaniyanın İlmenau Texniki Universitetinin (Technische Universitaet İlmenau) koordinatorluğu ilə yerinə yetiriləcək layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Proqramda Almaniya, Çex Respublikası və Ukrayna qurumları iştirakçı, Azərbaycan, Belarus, Qazaxstan və Özbəkistan qurumları isə tərəfdaş qismində iştirak edir.
Qrant layihəsində Azərbaycanı BDU-nun Tətbiqi-Riyaziyyat Elmi-tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev (layihənin Azərbaycan üzrə kordinatoru), Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun elmi katibi, dosent Nərgiz Səfərova, Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun aparıcı elmi işçisi Nazilə Hacıyeva, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun aparıcı elmi işçisi, dosent Qəmər Məmmədova və Mexanika-riyaziyyat fakültəsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının əməkdaşı Aysel Ramazanova təmsil edirlər.
Qeyd edək ki, layihə 1 aprel 2020-ci il tarixindən 31 mart 2024-cü ilədək davam edəcəkdir. Layihənin büdcəsi 883200 avro, maliyəşmə sxemi isə “Marie Skłodowska-Curie Research and Innovation Staff Exchange”dır (RISE).
Layihə haqqında ətraflı məlumat üçün BURAYA keçid edə bilərsiniz:
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












