Təmassız çatdırılmanı təmin etmək üçün tərəflər arasında rəqəmsal müqavilə imzalanmalıdır — Ekspert

“Təmassız çatdırılma” xidmətinə pandemiya dövrünün başlaması ilə daha sıx rast gəlindi. Təmassız çatdırılma sahəsinin ölkəmizdə daha da inkişafı və daima yeni mexanizmlərin tətbiqi daha çox bu sahədə işləyən şirkətlərin marağındadır. Azexport.az internet portalı özü birbaşa olaraq məhsulun çatdırılması ilə məşğul deyil. Portal alıcı və satıcı arasında əlaqələrin qurulması üçün açıq platforma rolunu oynayır. Sifariş olunan məhsullar əsasən portalla əməkdaşlıq edən şirkətlərin seçdiyi daşıma şirkətləri tərəfindən çatdırılır. Hazırda ölkəmizdə təmassız çatdırılma xidmətini təklif edən bir neçə şirkət mövcuddur”
TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov deyib.
A.Qədəşov bildirib ki, bu sahənin ölkəmizdə inkişafına mane olan başlıca məqamlardan biri çatdırılmanın rəsmiləşdirilməsi üçün alıcının imzasının tələb olunmasıdır: “Bu problemi sifariş zamanı alıcı və satıcı arasında imzalanan rəqəmsal müqavilə və ya sifarişin çatdırılması anının video və ya fotoşəkillə qeydə alınması ilə həll etmək mümkündür”.
Ekspert xarici şirkətlərin “təmassız çatdırılma” sahəsində təcrübəsindən də söz açıb: “Azexport.az internet portalının əməkdaşlıq etdiyi Amazon elektron ticarət platforması bu xidmətinin bir qədər fərqli formatından artıq bir neçə ildir ki, istifadə edir. Kuryer məhsulun qapı qarşısında fotoşəklini çəkərək sifarişin çatdırılmasının yekunlaşdığını rəsmiləşdirir. Bundan sonra məhsulun təhlükəsizliyi tam olaraq sifarişçinin öhdəliyinə keçir. Məhsulun qapı qarşısında yerləşdirilməsi və öhdəliyin kuriyerdən sifarişçiyə keçməsi mexanizmi məhsul sifarişi zamanı öncədən elektron olaraq imzalanan müqaviləyə əsasən tənzimlənir. Hazırda Amazonla yanaşı, digər şirkətlər də çatdırılma zamanı kuryer-sifarişçi əlaqələrinin minimuma endirilməsi məqsədi ilə yeni mexanizmlər istifadə edir. Rusiyanın və Türkiyənin əksər şirkətləri çatdırılma zamanı sifarişin qəbul olunmasına dair sənədin imzalanması tələbini aradan qaldırıb. Artıq çatdırılma prosesi fotoşəkil və ya video olaraq qeydiyyata alınmaqla rəsmiləşdirilir”.
e-Azərbaycan bölməsindən digər xəbərlər
iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


Həftənin ən çox oxunanları
iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək

