TikTok-un başı dərddən qurtarmır: Daha bir qadağa Amazon-dan gəldi
Məşhur elektron ticarət şirkəti Amazon əməkdaşlarının TikTok tətbiqindən istifadələrinə qadağa qoyub.
TED.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şirkət bu qərara nəyin səbəb olduğu barədə açıqlama verməyib.
Məlumata görə, şirkət əməkdaşlarının cib telefonlarında və ya Amazon e-poçtlarına giriş üçün istifadə edilən digər cihazlarda TikTok istifadəsinə icazə vermir.
Onu da qeyd edək ki, əməkdaşların notbuk vasitəsilə TikTok-a girişində hansısa problem olmadığı qeyd olunur.
Məsələni şərh edən TikTok əməkdaşlarından biri Amazon-un bu addımının səbəbinin naməlum olduğunu söyləyib.
Fast Company-yə danışan tətbiq təmsilçisi göndərdiyi e-poçtda "istifadəçi təhlükəsiziliyi TikTok üçün böyük önəm daşıyır; istifadəçilərinin gizliliyinə sayğı duymaqda qərarlıyıq" sözlərinə yer verib.
Təmsilçi onu da bildirib ki, Amazon-un narahatlığı anlaşılan deyil. Qarşılaşdıqları problemin həlli üçün məmnuniyyətlə dialoqa gedə bilərik.
Qeyd edək ki, gənclər arasında, xüsusən populyar olan TikTok, Çinin ByteDance şirkətinə məxsusdur. Son aylarda təhlükəsizlik məsələsində hökumətlərin artan təzyiqi və yoxlamaları ilə qarşı-qarşıya qalan tətbiq bir neçə ölkədə, o cümlədən bir neçə gün əvvəl Hindistanda yasaqlanıb. ABŞ adminstrasiyası isə tətbiqin milli təhlükəsizliyi təhdid etdiyi düşüncəsindədir.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












