AQTA bu sahibkarlar üçün onlayn iclas keçirdi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün onlayn iclas keçirib.
Agentlikdən TED.az-a verilən məlumata görə, iclasda 60-dan çox istehsalçı və ixracatçı ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri Seymur Mövlayev və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyasının sədri Bəşir Quliyev də iştirak edib.
Bitki sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova iştirakçılara ölkənin fitosanitar vəziyyəti, istehsal və ixrac olunan məhsullar, istixanalarda becərilən tərəvəzlər, ölkələrin ixrac olunan məhsullara fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən məhvedici tədbirlər, fitosanitar sertifikatların verilməsi qaydaları barədə məlumat verib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında, eləcə də imicinin qorunmasında sahibkarların rol oynadığını qeyd edib. Artıq istixanalarda mövsümi olaraq məhsul yığımının başa çatdığı, sağlamlaşdırıcı tədbirlər üçün şərait yarandığı və hər bir sahibkar tərəfindən bu kimi məsələlərə diqqətlə və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.
İclasda sahibkarlara verilən dəstək və təlimatlar əsasında işlər daha səmərəli qurdulduğundan istehsal və ixracda yüksək nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Digər ölkələrdən müasir cihaz və avadanlıqların alınaraq ölkəyə gətirildiyi, yüksək keyfiyyətli preparatlarla xidmətlərin həyata keçirildiyi, bu sahədə baş verən yeniliklərə dair bilik və bacarıqlarının artırılması məqsədilə mütəxəssislərin ötən il bir sıra ölkələrə ezam olunduğu barədə məlumat verilib. Hazırda istehsal və saxlanma sahələri, dənli və paxlalı bitkilərlə yanaşı, yaş meyvə tərəvəz məhsullarının zərərli orqanizm ərinin zərərsizləşdirilməsində də nailiyyətlər əldə olunduğu vurğulanıb.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












