AZ

İsrail yeni nəsil kəşfiyyat peykini orbitə buraxdı

18b85390027a56057c65d95feaf38dd4.jpg
13.07.2020 22:55

İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi “Ofek-16” kəşfiyyat peykini uğurla kosmosa buraxıb.

 

TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buraxılış “Şavit” işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

 

Müdafiə Nazirliyinin bəyanatına əsasən, “Ofek-16” qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk sınaqlardan uğurla keçib.

 

Xatırladaq ki, İsrailin “Ofek-1” qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox