Polad Həşimovun adını daşıyacaq dron üçün kampaniyaya start verilir
“Türkiyə və İsrail istehsalı pilotsuz uçuş aparatlarına (PUA) - Bayraktar və Harop-a sahib olmaqla yanaşı, öz “Polad Həşimov”umuzu da inkişaf etdirməyə məcburuq. Şəhid generalımız Polad Həşimovun adı verilən pilotsuz uçuş aparatı 1235 mm uzunluğa sahib olacaq. Hazırlanmasında məqsəd dövlət sərhədlərimizin düşmənin hücumundan müdafiəsinin təmin edilməsi və müxtəlif təxribatlara cəhd edən diversiya qruplarını aşkar edərək məhv etməkdir”.
TED.az xəbər verir ki, bunu “Polad Həşimov” pilotsuz uçuş aparatının ideya müəllifi Tural İsmayılzadə deyib.
T.İsmayılzadə qeyd edib ki, dron xüsusi relslərin üzərindən havaya qalxacaq: "Aparat sərhəd boyunca havadan müşahidə aparacaq, düşmən tərəfindən sərhəddimizə yaxınlaşma təyin etdiyi halda ordumuza siqnal ötürərək düşmən dəstələrini məhv edəcək. Kiçik ölçülərinə, yüksək manevr imkanlarına və yerə ən yaxın məsafədə (max 3 m) uça bilmə qabiliyyətinə görə, asanlıqla radarlardan və məhv etmə qurğularından yayına biləcək”.
Startapçının sözlərinə görə, layihənin reallaşması üçün dəstəyə ehtiyacı var. Buna görə də vəsait toplantısının şəffaflığını təmin etməsi məqsədilə layihənin İctimai Nəzarət Şurası yaradılıb: “Şura üzvləri layihənin ümumi icrası ilə tanış ola, xərclər smetasını gözdən keçirə və yaranacaq problemlərlə bağlı fikrini bildirə biləcək, ictimaiyyəti mütəmadi məlumatlandıracaqlar. İctimai Nəzarət Şurasına hələlik 12 namizədi təqdim edirəm. Onlarla yola başlayıb, daha sonra ictimai nəzarətçilərin sayını artıracağıq. Bir çoxları üçün bu sürpriz təklif olacaq, ancaq onların dəstəyinə arxalandığım üçün bunu xəbərdar etmədən, birbaşa açıqladım:
1. Hikmət Əliyev;
2. Kamil Musəvi;
3. Ceyhun Osmanlı;
4. Əzizə İsmayılova;
5. Əlyar İslamoğlu;
6. Mübariz Göyüşlü;
7. Gülşən Məmmədoğlu;
8. Əminağa Hacıyev;
9. Samir Həsənov;
10. Yaşar Əhmədli;
11. Vəfadar Babayev;
12. Mehriban Mehrab”.
Layihə müəllifi qeyd edib ki, sabahdan layihəyə dəstək kampaniyasına başlanacaq: “Tezliklə layihəni tamamlayıb, uçuş aparatını uçuşa və sınağa tam hazır vəziyyətdə ordumuza təhvil verəcəyik”.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












