AZ

INNOLAND-in rezidenti "Dünya Startap Kuboku"nda ilk 10-luğa daxil olub

df65913ebd8a8b1013fae49a4d64e788.jpg
30.07.2020 11:17

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Botbox" Gürcüstanda keçiriləcək "Dünya Startap Kuboku"nun regional tədbirində iştirak edəcək. "Botbox" "Dünya Startap Kuboku"nun regional tədbirində ilk 10-luğa daxil olub.

 

TED.az xəbər verir ki, tədbirə müxtəlif ölkələrdən 60-dan çox startap müraciət edib. Qalib startap final mərhələsi üçün Silikon Vadisinə gedəcək və 1 milyon ABŞ dolları üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, "Botbox" kiçik və orta sahibkarlara maneəsiz kömək etmək və məşhur mesajlaşma tətbiqləri vasitəsilə prosesləri avtomatlaşdırmaq üçün hazırlanmış platformadır.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox