AZ

Orta məktəblərin açılması məsələsinə baxılır - PREZİDENTİN KÖMƏKÇİSİ

8bb5eed48b8e4ffac6e00d418d9345e8.jpg
03.08.2020 19:22

Təhsil Nazirliyi qarşısına tapşırıq qoyulub. Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur.

 

TED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

H.Hacıyev bildirib ki, burada digər ölkələrin də təcrübəsi nəzərə alınacaq.

 

O qeyd edib ki, bununla bağlı hazırlanacaq təkliflərə baxılacaq.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox