Bu portalın beta-versiyası istifadəyə hazırdır
Ölkəmizdə həyata keçirilən ilk aqroturizm layihəsi olan “Şəhərdən Kəndə”nin www.tovillage.az portalının beta-versiyası istifadəyə hazırdır.
Kənd Təsərrüfatı Nazirliyindən TED.az-a bildirilib ki, portalın yaradılmasında əsas məqsəd ölkəmizin müxtəlif gözəl guşələrində olan kəndli-fermer təsərrüfatlarını yerli və xarici turistlərə yaxından tanıtmaq, səyahətsevərlər üçün alternativ istirahət imkanını daha əlçatan etmək, ölkəmizdə aqroturizmin inkişafına töhfə vermək, eyni zamanda regionlarda yaşayan əhalinin sosial rifah halının yüksəlməsində pay sahibi olmaqdır.
Portal vasitəsilə Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Lənkəran və Quba rayonlarına təşkil olunan turlara qoşulmaq mümkündür. Həmçinin, turistlər öz istəklərinə uyğun olaraq fərdi turlar da sifariş edə bilərlər. Portalda aqroturun təşkil olunduğu hər bir təsərrüfat barədə ətraflı məlumat yerləşdirilib. Tur sifariş etmək istəyən şəxslər səfərin proqramı ilə tanış ola bilərlər.
“Şəhərdən Kəndə” turlarına qoşulan səyahətsevərlər digər turlardan fərqli olaraq burada kənd evlərinə, təsərrüfat sahələrinə, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrə səyahət edirlər. Tur iştirakçıları təbii kənd məhsulları və müxtəlif regionların yerli təamları ilə qidalanır, fərqli təsərrüfat sahələri ilə yaxından tanış olur, mövsümdən asılı olaraq meyvə yığımı, ağacəkmə, at minmə, balıqçılıq və digər fəaliyyətlərdə iştirak edir, həmçinin kənd məhsullarını fermerlərdən əldə edə bilirlər.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən icra edilən layihə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və “Paşa Holdinq” tərəfindən dəstəklənir.
Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-ə yaxını əcnəbi turistlərdir. Turist qəbul edən hər bir fermer təsərrüfatının aylıq gəliri ortalama 300 manat artıb.
Bildirək ki, layihə çərçivəsində müxtəlif regionlarda 300-ə yaxın kəndli-fermer və aqrar sahibkarlarla görüşlər keçirilib, onlara layihənin məqsədi və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.
Bu günədək 200-ə yaxın təsərrüfat sahibi birbaşa, yaxud www.tovillage.az saytı və sosial media hesabları vasitəsilə layihəyə qoşulmaq üçün müraciət edib. Baxış keçirilən 118 fermer təsərrüfatından 76-sı layihə üçün uyğun hesab edilib. Layihədə iştirak haqqı qazanan 52 fermerə yerli və əcnəbi mütəxəssislər tərəfindən təlimlər keçirilib. Hazırda layihəyə maraq böyükdür və müraciət edənlərin sayı artmaqdadır. Layihənin qoyduğu tələblərə cavab verən təsərrüfatlarda yenidənqurma işləri aparılır, onlar müəyyən texniki və avadanlıq dəstəyi əldə edirlər.
Qeyd edək ki, 2021-ci ilə qədər davam edəcək pilot layihə çərçivəsində 500 fermer maarifləndiriləcək və onların aqroturizm sahəsində məşğulluqları təmin olunacaq.
TED + bölməsindən digər xəbərlər
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Həftənin ən çox oxunanları
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
Samsung-un gəlirləri zirvəyə çatdı
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Google Gemini rekord qırdı!
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




