AZ

Xiaomi Mi 10 Pro Plus bu tarixdə təqdim ediləcək

 

116809850_2783251491906793_7863427466426909101_n
05.08.2020 11:17

Xiaomi Mi 10 Pro Plus-un təqdimat tarixi açıqlanıb.

 

TED.az xəbər verir ki, şirkət rəsmiləri modelin adının dəqiq necə olacağını açıqlamasalar da, onun avqustun 11-də təqdim ediləcəyini söyləyiblər. 

 

Bəzi mənbələrə görə, Mi 10 Pro Commemorative Edition adlandırılacaq smartfon Snapdragon 865 Plus prosessorundan güc alır. Cihazda 108 Megapiksel ana kamera yerləşdirilib. UFS 3.0 depolama keyfiyyətinə, LPDDR5 RAM və 50W sürətli enerji doldurma xüsusiyyətinə sahib olacaq. Mütəxəssislər batareya tutumu 4500 mAh olan modelin rəqiblərini geridə qoyacağını düşünürlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox