Buraxılış nəticələri qəbul imtahanlarına nə vəd edir? - "Göstəricilər aşağıdır"
9 (həm cari, həm də əvvəlki illərin məzunları) və 11-ci siniflər üçün buraxılış imtahanları, həmçinin əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I mərhələsi hesab edilən buraxılış formatında keçirilən imtahanlar başa çatıb.
Maraqlıdır, müşahidələr qəbul imtahanlarının ikinci mərhələsində hansı dəyişiklikləri vəd edir?
Mövzu ilə bağlı TED.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, imtahan müddətində Dövlət İmtahan Mərkəzi çox gərgin iş qrafiki və məsuliyyətli qərarları ilə diqqət çəkib: "Buna baxmayaraq, təəssüf ki, bəzi abituriyentlər qrafikləri səhv salaraq, imtahanlarda iştirak edə bilmədilər. Böyük ehtimalla, onlar üçün imtahanlar sentyabr ayında keçiriləcək. Keçirilmiş imtahanlardan bir neçəsinin nəticələri elan edildiyi üçün ötən illə müqayisədə bu ilin göstəricilərinin aşağı olduğunu demək olar. Bununla yanaşı, müvafiq aralıqda bal toplayanların bir mərkəzdə toplanması ötən illə müqayisədə daha çoxdur. Məsələn, 150-250 bal aralığında nəticə göstərənlər daha çoxdur. 250-300 bal aralığı isə ötən illə müqayisədə azdır. Bütün bunlar isə anlayışla qarşılanmalıdır. Çünki pandemiya vəziyyəti abituriyentlərin disiplinli hazırlığına ciddi təsir göstərib. Həmçinin psixoloji gərginlik də nəticələrə təsirsiz ötüşməyib".
Blok imtahanlarının hələ keçirilmədiyini bildirən ekspert gözləntilərini açıqlayıb: "2-ci mərhələnin, yəni blok imtahanlarının avqustun ikinci ongünlüyündən etibarən keçirilməsi nəzərdə tutulur. Fikrimcə, bu imtahanlarda abituriyentlərin nəticələri aşağı olmamalıdır. Çünki artıq imtahanların keçirilmə qaydaları ilə tanış olub, prosesə uyğunlaşıblar. Bununla yanaşı, DİM sualların çətinlik dərəcəsinin çox olmamasına çalışmalıdır ki, blok imtahanlarının nəticələri buraxılışa nisbətən ürəkaçan olsun.
Bundan əlavə, bloklara ayrı-ayrılıqda imtahan etmək də doğru olardı. Bu zaman say çoxluğunun azalma prinsipi əsas götürülməli və əvvəl I, sonra III, sonra isə II və IV qruplara imtahan keçirilməlidir. Yaxud, hər zamankı qaydada I, IV və II-III fənn bloklarını seçənlər eyni gündə imtahan verə bilərlər. Buraxılış imtahanlarında tətbiq olunan qaydalar blok imtahanında da istifadə ediləcək. Buna görə, əlavə dəyişikliklərin olacağını düşünmürəm".
Lamiyə SÜLEYMANLI
Elm bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












