Neft şirkətləri azərbaycanlı startapçılara dəstək verdi
"Layihəmiz irəli getməyə başladı. "Helius" artıq ilk dəstəyini görüb".
Bunu TED.az-a açıqlamasında “Helius” layihəsi ilə birinci yerə sahib olan Arducoman komandasının üzvü Ayxan Qurbanov deyib.
"Azərbaycanın bir neçə böyük neft şirkəti proyektimizə dəstək verdi. Hazırda onlar bizə müxtəlif təlimlər keçirlər, dronları yığmaqda kömək edirlər. Şirkətlərlə birlikdə ortaq layihənin yaradılmasını düşünürük. Bu barədə planlarımız var. Yeniliklər çoxdur, yalnız hələ ki, bütün bunlar layihələrin demo versiyasıdır. Bir neçə ay ərzində yeniliklərimizi təqdim edəcəyik", — deyə A.Qurbanov bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə "Aquahack" onlayn hakaton yarışı keçirilmişdir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack”-da “Arducoman” komandasının layihəsi ən yüksək bal toplayaraq qalib olmuşdur. “Helius” layihəsinin mahiyyəti günəş enerjisi vasitəsilə desterilizasiya edilmiş suyun alınmasından ibarətdir.
Fatimə ZÜLFİQAR
Startaplar bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












