Robotlardan kim istifadə edə bilirsə, işsiz qalmayacaq
Texnoloqlar bu gün robotların istehsalatda 10% vəzifə tutduğunu deyirlər. Bu nisbətin 2025-ci ildə 45 faizə qədər artacağını, nəticədə robot və avtomatlaşdırmanın iş xətlərinin çox vacib hissəsi olacağı deyilir.
TED.az xəbər verir ki, Tezmaksan Akademiyasının İdarə Heyətinin sədri Hakan Aydoğdu sənaye robot bazarındakı böyüməni və ortaya çıxan yeni iş imkanlarını izah edərək bildirib ki, 2018-ci ilin məlumatlarına baxdığımız zaman dünyada quraşdırılmış robotların sayının 2,5 milyona çatdığını görürük. Robotların istifadə sahələrinin yeni sənaye sahələri ilə bərabər artması 2018-ci ildə 420 min təşkil edən illik satış rəqəminin 2025-ci ildə 3,4 milyona qədər artacağı gözlənilir. Robotların istifadəsinin artması insanların işini əlindən alacaqdır kimi həm doğru həm də yalnış ehtimal var. Texnoloji tərəqqi insanın istehsal prosesinə qoyduğu əlavə dəyəri və sənətkarlığı əvəz edə bilməz. Digər tərəfdən, istehsal proseslərində təkrarlanan, əllə, çətin və ya riskli işlərdə robotlardan istifadə həm iş təhlükəsizliyini, həm də keyfiyyəti təmin edir. Çətin, riskli və gündəlik işləri robotlar etdiyi üçün insanların daha çox yaradıcı proseslərdə iştirak edəcəyi bir dövr sürətlə yaxınlaşır.
Bu vəziyyətin gələcəyin peşələrini dəyişdirəcəyini qeyd edən Aydoğdu universitet seçimini edəcək gənclərə təkliflər verərək robot operatorluğunun bu iş xətləri arasında çox dəyərli bir nöqtəyə gələcəyini bildirib. Robot operatorlarından gözlənilən isə bütün dəyişikliyə görə robot və dəzgah maşınlarını yenidən proqramlaşdırma bacarıqlarına sahib olmaqdır. Sektorda əhəmiyyəti sürətlə artacaq başqa bir peşə "avtomatlaşdırma məsləhətçiliyi" olacaq. Bütün dünyada robotlardan istifadə edə bilən, onları proqramlaşdıran, proqram həlləri və avtomatlaşdırma sistemlərini inkişaf etdirən, həyata keçirə bilən, rəqəmsal infrastruktur yaradan və bu sahədə ixtisaslaşa biləcək işçi qüvvəsinə ehtiyac olacaq.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












