AZ

TikTok İrlandiyada data mərkəz quracaq - Mesaj və videolar toplanacaq

 

e011b29c7941b8fae7d9191daa24875c.jpg
06.08.2020 17:40

Son vaxtlar Çin və ABŞ arasında gərginliyə səbəb olan TikTok sosial şəbəkəsi İrlandiyada 420 milyon avroluq yatırımla data mərkəz yaradacağını bildirib.

 

TED.az xəbər verir ki, şirkət rəsmilərinin açıqlamasına görə, Avropa Birliyinə daxil olan ölkələrin istifadəçilərinin video, mesaj və digər məlumatları yeni mərkəzdə toplanacaq. Yeni data mərkəz növbəti iki il ərzində istifadəyə veriləcək. 

 

Qeyd edək ki, şirkət hazırda datalarını ABŞ-dakı mərkəzdə, bir nüsxəsini isə Sinqapurda saxlayır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox