Telefon satışları aşağı düşdü - "Xidmətlər daha aşağı qiymətlərlə təşkil olunacaq"
"İndiki şərtlərlə, hətta daha güzəştli və aşağı qiymətlərlə xidmətlərin təşkili tendensiyası reallığa uyğundur".
Bu sözləri TED.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov pandemiya dövründə texnoloji avadanlıqların satışı ilə bağlı tendensiyanı şərh edərkən deyib.
R.Həsənov xatırladıb ki, karantinin ilk günlərində texnoloji avadanlıqlar, xüsusilə də telefon satışı həyata keçirən mağazaların fəaliyyəti dayandırılıb: "Bu proses əlçatanlığı aşağı salmaqla yanaşı, müəssisələrin gəlirinə də mənfi təsir göstərib. Amma onlayn satış həyata keçirmək olardı. Deməli, xüsusilə xidmətlərdən istifadə ilə bağlı dövriyyə kəskin aşağı düşüb. Xidmət dedikdə telefon təmiri, hissələrin satışı və s.-ni nəzərdə tuturam. Digər əsas məsələ istehlak gücünün aşağı düşməsidir. Pandemiya dövründə əhalinin böyük hissəsinin gəlirlərinin azalması onları telefonlarını yeniləmə planlarını sonrakı dövrlərə saxlamağa məcbur edib. Yaxud istismara yararsız telefonların təmir olunaraq istifadəsi halları artıb. Bu, təbii prosesdir. Gəlir azalıb və insanların nisbətən az əhəmiyyətli istiqamətlərə vəsait yönəltmək imkanları yoxdur. Buna görə də telefon satışına tələb aşağı düşüb".
Ekspert bu tendensiyanın texnologiya, xüsusilə də telefon bazarında bahalaşmanı zəruri edib-etməyəcəyinə aydınlıq gətirib: "Alıcılıq gücü yoxdursa, kimsə nəyisə bahalaşdıra bilməz. Müəssisələr bir müddətdə işləməsələr də, bəziləri işçilərə əməkhaqqı verib, kommunal xidmətlər üçün öhdəliklərini ödəyib və s. Bu, müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Amma o demək deyil ki, müəssisə həmin xərcləri xidmətlərin qiymətinin üzərinə yükləyə bilər. Bunun üçün infrastruktur və mühit olmalıdır. Əhalinin gəliri artmalı, tələb yüksəlməlidir. Yalnız bu təqdirdə müəssisə qiymət siyasətini dəyişə bilər. İndiki şərtlərlə, hətta daha güzəştli və aşağı qiymətlərlə xidmətlərin təşkili reallığa uyğundur".
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












