Düşüncələrimizi idarə etməyə qadir kəşf – Radiodalğaların istifadəsində gizli məqamlar
“Əvvəlki dövrlə müqayisədə hazırda həyat sürətlənib, həyat tərzimiz xeyli asanlaşıb”, desək, yanılmarıq. Bu gün insanlar ani zaman ərzində çox asanlıqla dünyanın istənilən nöqtəsi ilə əlaqə saxlayır, internet vasitəsilə sürətli çıxış əldə edir, müxtəlif cihazları məsafədən idarə edə bilirlər.
Bəs bütün bunların necə, nəyin sayəsində baş verdiyini düşünürükmü? Bəşəriyyətin sürətli inkşafına təkan verən radiodalğaların kəşfi yaşamımıza hansı dəyişiklikləri gətirib?
TED.az olaraq bütün bu suallara cavabı Azərbaycan Texniki Universiteti Radiotexnika kafedrasının baş müəllimi Əliqismət Mehdiyevlə birlikdə aydınlıq gətirməyə çalışacağıq.
Beləliklə, əziz oxucular, hər birinizi elektromaqnit dalğaları ilə əhatə olunmuş ətraf mühitin gözlə görünməyən, sirli tərəflərini aşkara çıxarmağa dəvət edirik. Söhbətimiz boyunca çox maraqlı məqamlara toxunan müsahibimizə ilk olaraq “radiodalğalar nədir?” sualını ünvanladıq.
“Radio” latın sözü olub “ətraf mühitdə dalğaların yayılması - yəni məlumatın ətraf mühitə radiodalğalar vasitəsilə ötürlülməsini həyata keçirən fiziki proses” deməkdir (radius-“şüa”). “Radio” terminindən ilk dəfə 1873-cü ildə ingilis kimyaçı-fizik alim Ulyam Kruks istifadə edib. Radiodalğaların köməyi ilə istənilən obyektlə rabitə yaratmaq, səs yayımını, təsvirin ötürülməsini, siqnalizasiyalar təşkil etmək, nəzarət və idarəetmə həyata keçirmək, müxtəlif obyektlərin aşkarlanmasını və koordinatlarını təyin edilməsini və bir çox işi həyata keçirmək mümkündür. Dalğaların ətraf mühitdə yayılma sürəti təxmini olaraq vakuumda işıq sürətinə bərabərdir (3× 10'8 m/san). Real həyatda isə dalğaların ətraf mühitdə yayılma sürəti 299.792.458 m/san.-dir. Müqayisə üçün demək olar ki, səsin ətraf mühitdə yayılma sürəti təxminən 343 m/san.-dir. Əlbəttə, dalğaların yayılması prosesində ətraf mühitin rolu çox böyükdür və bu da öz-özlüyündə radioyayıma bilavastə təsir edir. Radiodalğaların yayılmasında ilin fəsillərinin, iqlimin də rolu var. Dalğalar tezlik diapazonundan asılı olaraq yer əyrisi istiqamətində yayılan, əks olunan və ionosfer təbəqəsini keçib gedən (təbəqədən əks olunmayan) dalğalara bölünürlər.
Radiodalğalar vasitəsilə informasiyanın ötürülməsi necə baş verir?
Ümumiyyətlə, dalğaların ətraf mühitdə yayılması əsas difraksiya və interferensiya prinsipləri vasitəsilə baş verir.
Bilirik ki, hansısa məlumatı bir mənbədən digər mənbəyə ötürmək üçün radiovericilərdən, qəbul etmək üçün isə radioqəbuledicilərdən istifadə olunur. İnformasiyaların elektromaqnit dalğası formasında ötürülməsi və efirə ötürülən bu elektromaqnit dalğasını (radiodalğanı) qəbul edilməsı üçün radiovericilər və radioqəbuledicilərdə antena fider qurğularından istifadə olunur. Məlumatın efirə verilməsi üçün ilkin çevirici kimi, mikrofonlardan istifadə edilir.
Mikrofonlar da bizim danışdığımızı elektrik siqnalına çevirərək vericinin alçaq tezlik gücləndiricisinə yönləndirir.
Gücləndirilmiş siqnal elektrik siqnalı şəklində modulyatora (bu qurğu telefonumuzda da var), sonra da vericinin çıxışına ötürülür.
Əvvəlcə onu qeyd edim ki, efirə ötürülən elektromaqnit dalğası üç əsas parametrdən (tezlik, dalğa uzunluğu və işıq sürətindən) ibarətdir. Burada da işıq sürəti sabit parametr olaraq dəyişmir, dalğa uzunluğu isə dalğa tezliyilə tərs mütənasibdir. Yəni yüksək tezlikdə dalğa uzunluğu qısa, alçaq tezlikdə isə dalğa uzunluğu çox, yəni böyük ölçüyə (parametrə) malikdir. Antenalar da öz növbəsində tezliklərə və təyinatlara görə bir-birindən fərqlənirlər (dairəvi, çubuqvari, istiqamətlənmiş və s.).
Dalğa uzunluğuna (tezlik diapzonuna) görə dalğalar bir neçə növə - ultra qısa, qısa, orta, uzun, ifrat uzun dalğa diapazonlarına bölünürlər.
İfrat uzun və uzun dalğalar yerin əyrisi istiqamətində hərəkət etsə də, bu dalğa diapazonunda sönmələr yarandığına (udulmağa məruz qaldıqlarına) görə, məlumatların ötürülməsi zamanı orta və uzun dalğalardan istifadə edilməsi məqsədəuyğun sayılmır. Ultra qısa dalğalar yer üzərində olan ionosfer təbəqəsini əks olunmadan keçmə qabiliyyətinə malikdir. Bu dalğa diapazonundan (30-300Mhz) adətən, birbaşa görünüşə malik (40-50 km) qısa məsafələr radioyayımlarda, kosmosda, peyk və radiorele rabitəsi zamanı istifadə edilir. Qısa dalğalar isə əksinə, ionosferdən keçə bilmir və əks olunuraq yerə qayıdır. Bu proses siqnalın gücündən asılı olaraq spiralvari şəkildə sönən ana qədər təkrarlandığı üçün qısa dalğa diapazonunda məlumatı uzaq məsafələrə ötürmək mümkün olur.
Niyə işıgı görürük, digər elektromaqnit dalğalarınısa yox?
Elektromaqnit dalğalarının varlığı barəsində nəzəri olaraq ilk dəfə 1864-cü ildə dahi ingilis alimi C.Maksvel fikir söyləyib. Həyatımızda, dünyamızda təbii və süni elektromaqnit dalğalar var. Təbii dalğalar ilahi qüvvə tərəfindən yaradılmış eletromaqnit dalğalarıdır. Bunlara əyani misal olaraq günəş, ulduz və s. elektromaqnit dalğalarını göstərmək olar. Süni dalğalar isə həyat tərzinin inkişafı ilə əlaqədar bir çox müasir problemlrəimizi həll edən, müəyyən mənada bizi inkişafa aparan radiotexniki cihaz və qurğuların köməyi ilə yaradılan şüalanmalar - elektromaqnit dalğalarıdır. Bildiyimiz kimi, hər bir elektromaqnit dalğasının da dalğanın tezliyinə uyğun öz dalğa uzunluğu vardır. Müqayisə üçün biz insanlarda verici (ötürücü) hissə nitqimiz hasil olunan ağzımız və dilimiz ötürücü, göz, qulaq və burun isə qəbuledicilərdir, desək, yanılmarıq. Eşitmə tezliyimiz 16-20000 Hs, gözümüzün də görmə tezliyi 400-800 THs, dalğa uzunluğu 380 -790 nanometrdir.
Ümumiyyətlə, təbiətdə və ətraf mühitdə bütün canlılar uyğun tezliklər vasitəsi ilə bir-birilə ünsiyyət qürur, mübadilə yaradırlar.
Əlbəttə, elmin bu sahəsində güclü inkişaf gedir. Buna misal kimi, bu günlərdə oxudum ki, hətta meyvə-tərəvəzlər susuzluqdan əziyyət çəkdiyi zaman ətrafa xəbər (məlumat) vermək üçün müəyyən tezlikli siqnallar hasil edirlər. Əgər gələcəkdə bu tezliyi təyin edə bilməyi bacarsaq, deməli, bitkilərində danışmasını, fəryadını eşidərək onlara qulluq edər, nəticədə tarlalarımızda məhsuldarlığı artırarıq. Hətta bu məntiqə əsalanaraq deyə bilərəm ki, zəlzələdən əvvəl müəyyən hərəkət və səslərə yol verən heyvanların eşitmə və hissetmə tezlik diapazonun uyğunluğundan xəbər verir. Hər bir elektromaqnit dalğasının öz təyinatı və vahid elektromaqnit dalğa uyğunluqları var.
Dalğalar qısaldıqca daşıdığı enerji yükü artır və bu insanların sağlamlığına zərərli ola bilər. Bəs nəyə görə getdikcə daha qısa dalğaların tətbiqinə üstünlük verilir?
Radiotexnika, elektromaqnit dalğalarının formalaşması, müxtəlif təyinatlılığı problemlərimizi həll edir, müasirləşir və təkmilləşir. İstənilən anda kiçik əməliyyat aparmaqla məkandan asılı olmayaraq dünyanın istənilən yeri ilə danışır, videogörüntülər və s. məlumatlar əldə edirik. Praktiki olaraq hər birimiz müasir texnologiyalardan istifadə edirik.
Radiodalğalar (ultrasəs və s.), elektromaqnit şüaları ilə tibb sahəsində diaqnoz qoyulur, müalicələr edilir. Amma digər tərəfdən yanaşdıqda bu inkişaf (sürət) elektromaqnit dalğalarının şüalanması ilə həyata keçirildiyindən insan sağlamlığına zərər vurur.
Kiçik bir güc sərf etməklə, məlumatın uzaq məsafələrə ötürlməsi Qısa Dalğa Diapazonlu (QDD) az güclü radiostaniyaların köməyi ilə mümkün olduğu üçün müxtəlif sferalarda bu dalğaların tətbiqi genişlənir. Bu da insan orqanizminə mənfi təsir göstərmiş olur.
Bütün elektromaqnit dalğaları diapazonundan, gücündən asılı olaraq insanın hüceyrə və toxumalarının dağılmasına, onlar arasında mövcud olan rabitənin dağılmasına təsir göstərir.
Tibbi sahənin belə sürətlə inkişaf etməsinə baxmayaraq, orta ömür həddinin aşağı düşməsini, spesfik xəstəliklərin artmasını və bu xəstəliklərin cavanlaşmasını misal göstərmək olar.
Nəyə görə dalğalar yalnız qəbuledici vasitəsilə eşidilir və ya görüntülənir?
Görünən, infraqırmızı və ultra bənövşəyi şüalanma spektrin optik oblastın əsasını təşkil edir. Bilirik ki, insanlarda ünsiyyət və mübadilə üçün səs dalğaları, görüntü üçün isə videodalğalar mövcuddur. Həmin görüntünü və səsi müəyyən olunmuş uzaq məsafələrdə görmək və dinləmək üçün bu məlumatlar əvvəlcə elektrik siqnalına keçirilir və bundan sonra vericilər vasitəsi ilə efirə ötürülür. Qəbuledici isə vericidə olan prosesin əksinə olaraq həmin elektrik siqnalını qəbul edərək, təyinatına uyğun olaraq qəbul olunan siqnalı video və səs siqnalına çevirir. Yəni vericilər vasitəsi ilə bizim danışığımız akustik səs və görüntümüz elektrik siqnalına çevrilərək antenalar vasitəsi ilə efirə elektromaqnit dalğaları vasitəsi ilə yayılır, qəbuledicidə isə bu prosesin əksi olaraq elektromaqnit dalğası elektrik siqnalına çevrilərək video və səs alçaq tezliyində formalaşır. Biz də onu istifadə erdiyimiz radioqəbuledicilər vasitəsi ilə dinləyirik və gözlə görürük.
Radiodalğalar hansı sahədə tətbiq olunur?
Tətbiq sahələrinə görə, radiodalğalar alçaq tezlikli rəqslərdən, radiodalğalardan, infraqırmızı dalğalardan, gözə görünən şüalanmalardan, ultrabənövşəyi şüalanmalardan, rentgen və qamma şüalanmalarından təşkil olunur.
Alçaq tezlikli rəqslərin mənbəsi kimi elektrik cərəyan şiddətinin tezliyini göstərə bilərik.
Radiodalğalardan televiziya, radiorabitə, mobil, sputnik rabitəsi, radilokasiya, mikrodalğa sobalarında istifadə olunur.
Günəş mənbəsi olan infraqırmızı dalğalardan gizli nasazlıqları aşkar etmək və kosmik rabitələr üçün elmi tədqiqatlarda yararlanırıq.
Ultrabənövşəyi dalğalardan lazer qurğularında istifadə edilir.
Rentgen şüalanması - 0,005-dən 10 nanometrə qədər uzunluqda olan dalğalardır. Daha çox tibb sahəsində istifadə olunmaqla yanaşı, sənayedə, materialşünaslıqda, kristallaşmada da istifadə olunur.
Qamma şüalanması isə 0,005 nanomterdən də kiçikdir. Tibbi materialların sterilizasiyasında, şüa müalicəsində istifadə olunur.
Əvvəllər biz televiziya yayımlarına ancaq evimizdə baxırdıqsa, indi anında seçdiyimiz televiziya yayımını hər yerdə izləyə, videogörüntülü danışa, mesajlar göndərə, yardım məqsədi ilə istənilən koordinatdan S.O.S. siqnalları göndərə və s. bu kimi işlər görə bilirik. Demək ki, hər yerdə şüalanma, verici və qəbuledici var. Nəqliyyat vasitələrinin (avtomobillərin, qatarların, uçan aparatların, təyyarələrin və s.) xüsusiləşdirilmiş məntəqələrdən (şirkətlər) tərəfindən idarə olunması, elektron nəzarət, pelenqləmə vasitəsi ilə elektron şüa mənbəyinin yerinin təyin olunması, məntəqələrdən nəqliyyat vasitələrinin hərəkətini izləmək, təyyarələr və gəmilərin idarə olunması radiodalğaların (elektromaqnit dalğaların şüalanması) köməyi ilə baş verir. Tibb sahəsində diaqnoz və müalicə, kənd təsərrüfatında gəmirici və həşəratlarla mübarizə, uçan hədəflərin aşkar olunması, hava hədəfləri ilə radioelektron mübarizə məqsədi ilə və buna bənzər işlər zamanı elektromaqnit şüalanması prinsiplərindən geniş miqyasda istifadə edilir.
Müasir həyatımızda elə sahə və sfera yoxdur ki, orada elektromaqnit dalğalarının şüalanmasından istifadə edilməsin.
İnkişaf etmiş dövlətlərdə günümüzün vacib və strateji əhəmiyyət kəsb edən bütün məsələləri elektromaqnit dalğaları vasitəsi ilə həyata (izlənilir, idarə edilir və təsir olunur) keçirilir. Buna əyani sübut olaraq dünyada ən güclü dövlətlərin elektromaqnit dalğaları vasitələri ilə idarə edilə bilən güclü radioelektron silahlarına malik olmalarını misal göstərmək olar.
Ümumiyyətlə, gələcəyin müharibəsinin radiodalğalar vasitəsilə həyata keçirilməsi anbaan reallaşır. Hətta heç kim döyüşə atılmadan döyüş prosesi (dağıntılar, məhv etmələr və s.) kompüter (elektromaqnit şüalanmaları) vasitəsilə tam idarə ediləcəkdir. Hədəflərin obyektləri məhv etməsi, dəqiq vurulması, hədəflərin idarə olunması radiodalğalar vasitəsilə reallaşacaq. Məhz buna görə də bütün inkişaf etmiş dövlətlərdə texnikanın yuxarıda qeyd edilən inkşaf sahəsinə çox önəm verilir.
Bəs Azərbaycan bu sahədə dünya ilə ayaqlaşa bilirmi?
Ölkəmiz müstəqillik qazanmış yeni dövlət kimi bütün sahələrdə olduğu kimi bu sahədədə inkişaf edir. Cənab prezidentimiz İlham Əliyevin son zamanlar bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi buna ayırdığı diqqəti və qayğını göstərmək olar.
Cənab prezident “Real TV”-yə verdiyi müsahibə zamanı xüsusi olaraq vurğuladı ki, inkişaf etmiş dövlətlər intellekt səviyyələrinin yüksək olması ilə fərqlənirlər. Dövlətin əldə etdiyi uğur və nailiyyət onun yeraltı və yerüstü sərvətlərindən yox, onun əldə etdiyi (texnologiyalar, innovasiyalar) intellekt səviyyəsindən asılıdır. Dövlətimiz artıq öz məhsulumuzu istehsal etməlidir. Dünyanın başqa-başqa dövlətlərindən radiotexniki qurğular almağın vaxtı çoxdan bitib. Dövlətimiz bu sahədə istehlakçı dövlətdən istehsalçı dövlətə çevrilməlidir.
Belə bir fikir bildirirlər ki insanların ağlını, düşüncəsini radiodalğalar vasitəsilə idarə etmək mümkündür. Hətta deyilir ki böyük dövlətlər bu yolla kiçik dövlətləri idarə edir. Bu nə dərəcədə realdır?
Bəli, bu fikir real bir fikirdir desək yanılmarıq. Xüsusi ilə də bunu psixi xəstələrin üzərində yoxlayıblar və müəyyən bir ehtimalla onları idarə etmək mümkün olub. Bunun gələcəkdə böyük strateji rolu və əhəmiyyəti var. Dünyanın robotlarla bir nöqtədən idarə olunması və yaxud insanların idarə edilməsi istiqamətində böyük işlər görülür.
Düzdür, belə bir prosesin varlığı aşkar formada elan edilmir. Amma gizli də olsa elmin bu sahəsi var və hətta radiodalğalar vasitəsilə yeraltı təkanlar da yaratmaq mümkündür. Bəzən gözlənilmədən hansısa münaqişə zonasında zəlzələr olur, güclü yağışlar yağır, təlatümlər baş verir. Bütün bunların müəyyən hissələri və sayı süni şəkildə, məhz radiodalğaların vasitəsilə baş verir desək, yəqin ki, yanılmarıq. Ancaq hələki reallıqda bu faktları sübut edəcək əsaslar aşkar edilməyib və yaxud da edilmişdirsə də nəticə gizli saxlanılır. Bir məqamı vurğulayım. Rusiya dövləti etiraf edir ki, Kremldə aparılan danışıqları Amerika kəşfiyatçıları dinləmək imkanına malikdir.
Ona görə də belə bir şeyin varlığını inkar edə bilmərik. Əksinə, o elmin daha dərinliyinə gedib dövləti qorumaq borcumuzdur.
Günel QURBANOVA