Bu universitet pandemiyaya görə, öz ehtiyatları hesabına tələbələrə kompüter verib
"Universitet ehtiyacı olan bir qism tələbəyə daxili ehtiyatları hesabına kompüter verib".
Bu sözləri TED.az-a açıqlamasında Xəzər Universitetinin IT departamentinin direktoru Fərid Musayev deyib.
O, Xəzər Universitetinin pandemiyadan sonra rəqəmsal xidmətlər istiqamətində gördüyü işlər barədə danışarkən bildirib ki, Azərbaycanda ilk olaraq bu ali təhsil müəssisəsində 4 il öncə tətbiq edilən MS Office 365 platforması pandemiya dövründə tam olaraq öz potensialını göstərib: "Bütün tələbələrimizi korporativ (universitetin) e-mail ilə təmin etdik və Microsoft şirkətinin təqdim etdiyi resurslardan həm universitet, həm də tələbələr təmannasız istifadə edirlər. Müəllim və tələbələr onlara verilən e-mail sayəsində 10 kompüter üçün MS Office 365 proqramlarında lisenziya ilə bağlı pulsuz abunə haqqı qazanıblar. Bundan əlavə, tələbələr tədris matrialları və şəxsi məlumatları üçün Onedrive-da 2 TB-lik bulud saxlancı ilə təmin olunublar".
Həmçinin bildirilib ki, tədris MS Office 365 platformasına aid Microsoft Teams proqramı üzərində aparılır: "Universitet tərəfindən ehtiyacı olan bir qism tələbələrə universitetin daxili ehtiyatları hesabına kompüterlər verilib. IT departamenti tələbələrin şəxsi kompüterlərində optimizasiya və sazlanma işləri görüb. Onlayn tədris üçün hər hansı bir texniki problem yaranmayıb. Tələbələrlə IT departamenti sıx əməkdaşlıq edir və yaranmış problemlərin aradan qaldırılmasında aktiv kömək edirlər. Bu cür dəstək müəllim heyyəti üçün də göstərilir. Cari ilin iyul-avqust aylarında universitetin IT infrastrukturu növbəti tədris ilinin onlayn dərsləri üçün tam hazır vəziyyətə gətirilib. Departament olaraq hər tələbə və işçiyə texniki dəstək göstərməkdən məmnunuq".
Lamiyə SÜLEYMANLI
Elm bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












