Bitcoin-in qiymətində kəskin dəyişiklik - Proqnozlar özünü doğruldacaqmı?
Kriptovalyuta bazarını izləyən iqtisadçılar hər ilin sonlarına doğru, xüsusən də, noyabr aylarında Bitcoin-in qiymətində kəskin dəyişiklik baş verdiyini söyləyirlər. Adətən azalma ilə baş verən dəyişiklik bu il üçün də gözləniləndirmi? Rəqəmsal dünyaya keçidi sürətləndirən karantin rejimi bu prosesə necə təsir göstərir?
Mövzu ilə bağlı TED.az-a açıqlama verən kriptovalyuta üzrə ekspert Hüseyn İbadovun sözlərinə görə, son iki ildə Bitcoin-in qiymətində olan azalmanın bu ildə də təkrarlanacağını söyləmək bir qədər səhv olardı: "İlk olaraq bir məsələni qeyd edim ki, Bitcoin qiymətləri bir çox faktorlardan asılıdır. Bu barədə analiktiklərin fikirləri fərqlidi. Bəziləri Bitcoin-in qiymətinin 50 min ABŞ dollarına yaxınlaşacağı ilə bağlı fərziyyələr söyləyirlər. Digərləri isə Bitcoin-in 2017 ildəki pik nöqtəyə çatacağını proqnozlaşdırır və 20 min ABŞ dollar olacağını düşünür".
Hüseyn İbadov onu da bildirdi ki, Bitcoin digər aktivlərdən fərqli olaraq, texniki və fundamental analizlərlə rahat proqnozlaşdırılmır: "Bunu son 10 ildəki trendlərə baxaraq, müşahidə etmək olar. Çox zaman qiymətlər fərqli tendensiyalar üzrə dəyişib. Son ayalardakı qiymət artımı isə pandemiya səbəbi ilə baş vermiş dünya iqtisadiyatında geriləmə ilə əlaqəli ola bilər. Hazırda investorlar Bitcoin-i qızıl kimi qoruyucu aktiv görür və pulun dəyər itirdiyi dövrdə aktivlərin qorunması üçün istifadə edir".
"Mənim fikrimcə, Bitcoin qiymətləri ilin axrına olan dəyəri hazırkı və gələcək iqtisadi vəziyyətdən aslı olacaq. Vaksinin tapılacağı təqdirdə ola bilər ki, bəzi investorlar Bitcoin-dən pulunu çəkərək səhm bazarında olan canlanmaya doğru yönəldəcək. Bu zaman dəyər düşə bilər. Hazırkı vəziyyətdə qiymətlərin oynamasına baxmayaraq, Bitcoin son aylarda artır və dəyəri 11 760 ABŞ dolları təşkil edir. Keçən il isə maksimum dəyəri 13 min ABŞ dollarını keçmişdi. Bu ilin sonuna olan proqnoz iqtisadi vəziyətdən asılı olacaq. Əgər iqtisadi böhran daha dərinləşsə və bunun nətəcəsində pulun dəyəri düşsə, bir çox sərmayə alternativ aktivlərə və kriptovalyuta bazarına yönələcək. Bitcoin kriptovalyuta bazarında lider olduğu üçün daha çox müsbət təsir ona olacaq. Əks halda, vəziyyət stabilləşərsə və kriptovalyutaların istifadəsinə qarşı qanun tənzimləmələri olarsa onda qiymətlər düşə bilər. Daha doğrusunu bazar göstərəcək", - deyə ekspert bildirib.
Günel QURBANOVA
Dünya bölməsindən digər xəbərlər
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












