AZ

Türkiyənin Roketsan şirkəti kosmik sərhədləri aşdı

86c26e78f55f19f40126400109661b0a.jpg
31.08.2020 12:58

Roketsan şirkəti böyük uğura imza ataraq Türkiyəni kosmos sərhədlərini aşan ölkələr siyahısına daxil edib. 

 

TED.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramında Roketsanın peyk buraxılışı, həmçinin Kosmik sistemlər və qabaqcıl texnologiyalar araşdırma mərkəzi ilə  partlayıcı maddə istehsalı müəssisəsi kimi mühüm layihələr üzərində çalışdığını bildirib. 

 

R.T.Ərdoğan həmçinin qeyd edib ki, milli texnologiyalar vasitəsilə göndərilən ilk roket kosmos etalonu kimi qəbul edilən 100 km məsafəni keçib. 130 km göstərici ilə şirkət kosmos sərhədlərini aşa biləcək gücdə olduğunu sübut edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox