Taksi fəaliyyətində vahid tarif sisteminə keçid istehlakçı hüquqlarını pozur - EKSPERT
"Bəzi ölkələrdə taksi xidmətində vahid tarif sistemi tətbiq edilir. Lakin əksər ölkələrdə taksilərin tarifi sərbəstdir, bu bazar iqtisadiyyatı ilə tənzimlənir. Bu gün Azərbaycanda taksi fəaliyyətinin sərbəst tarif əsasında işləməsi vətəndaşlara sərf edir, qiymətlər əlverişlidir. Belə deyək də, öz-özünə yaranan taksi fəaliyyəti sistemi olduqca sərfəlidir. Çox sadə bir qaydada telefonunuzdakı tətbiq vasitəsilə, yaxud da sadəcə zəng etməklə taksi sifariş edirsiniz. Taksi sürücüsü tərəfindən hansısa xoşagəlməz hərəkət olduqda birbaşa taksi operatoruna məlumat verib şikayət edə bilirsiniz. Eyni zamanda, bu sistem ona görə yaxşıdır ki, gələcək taksi haqqında artıq sizdə məlumat olur. Məsələn, hansı markalı avtomobil gəlir, maşının dövlət nişanı, sürücünün telefon nömrəsi qeyd olunur və s. Bu gün niyə bu sistemin belə deyək də təkmilləşdirilməsinə ehtiyac olduğunu müvafiq qurumlar bizə izah etməlidir. Bu məsələləri ictimaiyyətə izah etmədən dəyişmək, daha doğrusu, yaxşı olan bir sistemi dəyişmək məntiqsizdir".
Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan konsepsiyanı şərh edərkən deyib.
Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda taksi tarifləri eyniləşdirilsə, burda müxtəlif problemlər baş qaldıracaq: "İşsizlik artacaq. Çünki vahid tarif qiyməti qəbul edilsə, sürücülərə və taksi xidmətində olan avtomobillərə görünür ki, hansısa qaydalar tətbiq ediləcək. Çox güman ki, bu qaydalar məcburi olacaq.
Təbii ki, bu zaman bir çox taksi fəaliyyəti ilə məşğul olan vətəndaşımız işsiz qalacaq. Eyni zamanda, taksi xidmətində azalma olacaq, yəni taksi xidməti göstərənlərin sayı azalacaq. Bu isə Bakı şəhərinin ictimai nəqliyyatına çox pis təsir edəcək. Avtobus və metrolarda sıxlıq yaranacaq. Burda da zərər yenə də vətəndaşa dəyəcək.
Tariflər məsələsinə yenidən qayıdaq. Tariflər eyniləşdirildikdən sonra burda taksi xidmətinin bir kilometrə qədər olan qiymətinin artacağına mən də çox böyük şübhələr var. Məncə, tariflər eyniləşdirilən zaman qiymətlər yüksəldiləcək. Bu da olduqca mənfi haldır. Hazırda taksi xidmətləri bizə bir kilometrə qədər 30-50 qəpik civarında xidmət təklif edirlər. Əgər bu taksi xidməti konsepsiyasında deyilən məsələlər həyata keçirilsə və tariflər mən qeyd etdiyim qiymətlərdən yüksək olsa, düşünürəm ki, biz burda inhisarçılıq və istehlakçıların hüquqlarının pozulmasından danışmalıyıq".
Mütəxəssis qeyd edib ki, hazırkı konsepsiya həyata keçsə, iki qanun pozulur: "Azərbaycan Respublikasının Antiinhisarla bağlı qanunu pozulur. Azərbaycan Respublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var. O, qanunun əsas prinsipləri və müddəaları pozulur. Qanun müqəddəsdir və vətəndaşların rifahının yaxşılaşdırılması, dövlətin inkişafı üçün qəbul edilmiş tənzimləyici vasitədir. Və bu qanunları belə sadə qaydada pozmaq, ictimai rəyi nəzərə almamaq çox təəccüblüdür və şəxsən mən buna çox heyrətlənirəm. Tariflərin eyniləşdirilməsi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun əsas müddəasını pozur. Seçim hüququ müddəası. İstehlakçıların xidmət və mallar seçimində sərbəst seçim etmək hüququ pozulacaq".
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
ChatGPT üçün Növbəti Hədəf: NATO!
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
Samsung Galaxy S26 Kamerası Süni İntellektlə İnqilab Edir
Studio Display XDR Köhnə Mac-ları Məyus Edir
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir
TECNO Modul Telefonunu Təqdim Edir
DJI Osmo Pocket 4-ün Yeni Xüsusiyyətləri Sızdırıldı
Oppo Find X9 Ultra-nın Kamerası Artıq Sensasiyaya Səbəb Olur!
Nintendo Switch Online-da Üç Əfsanəvi Klassik Gəlir!
iOS 26.3.1 Buraxıldı! Yeniliklər Budur!
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
Əlvida ChatGPT: Kloda Bir Kliklə Pulsuz Transfer!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
Xbox Game Pass Mart Oyunları Elan Edildi!
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Apple Pro Display XDR Tarixdir!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
S Pen istehsalı dayandırılacaqmı?
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!
Həftənin ən çox oxunanları
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Tramp Anthropic-i Qadağan Edir!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



