Ekspert elektromobildəki yanğından danışdı - Real təhlükə, yoxsa diqqətsiz yanaşma?
Həmişə rahat həyat şərtlərinə can atan insan nəqliyyat vasitəsi seçərkən də öncə onu gözləyən təhlükənin nə qədər olmasına diqqət edir.
Bir neçə gün əvvəl Çində elektromobilin elektrik doldurma məntəsində partlaması çoxlarının beynində suallar yaratdı:
Bəs deyirdilər, elektrokar ən təhlükəsiz avtomobildir? Bu hadisə bütün elektromobil sürücülərinin başına gələ bilər?
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat eksperti Şahin Göyləroğlu bildirib ki, təhlükəsiz yanacaq növü sözünü bir neçə cür "yozmaq" olar: "Təhlükəsizlik nisbi anlayışdır. Avtomobilin nəyəsə nəzərən təhlükəli və ya təhlükəsiz olduğunu qiymətləndirə bilərik. Ümumilikdə istənilən yanacaq növü, cihaz və nəqliyyat vasitəsi təhlükəlidir. Məsələn, velosiped yanacaqla işləməsə də ciddi təhlükəli nəqliyyat vasitəsidir. Çünki onunla qəzaya düşmək və zədə almaq ehtimalı daha çoxdur. Həmçinin motosiklet də çox təhlükəlidir".
Ekspert qeyd edib ki, nəqliyyat vasitəsinin yanacaq növünə nəzərən təhlükəli olub-olmaması texniki qulluğa ciddi riayət etməkdən asılıdır: "Gündəlik məişətdə gördüyümüz batareya ilə işləyən cihazlara nəzər salaq. Mobil telefonlar cərəyana qoşularkən və ya oyun oynadığımız zaman bəzən kəskin qızır. Mediada da mütəmadi olaraq telefonun partlaması ilə bağlı xəbərlər eşidirik. Hətta bir vaxtlar Samsung telefonlarının partlama təhlükəsinə görə bəzi şirkətlər təyyarəyə minərkən telefonları bort işçilərinə təhvil verməyi tövsiyə edirdilər".
Ş.Göyləroğlu vurğulayıb ki, hazırda dünyada bir neçə milyon elektromobil var: "Tutaq ki, onlardan bir neçəsi hər hansı səbəbdən partlayır, yanır. Elektromobildə böyük və güclü akkumulyator olduğu üçün qısaqapanma nəticəsində yanğın baş verə bilər. Bu, normaldır. Elektromobil təhlükəli deyil. Yeganə səbəb düzgün istifadə olunmamasıdır. İstənilən halda, gələcəkdə bu hadisə Azərbaycanda Çindən daha çox baş verəcək. Çünki texnikaya barmaqarası yanaşırıq.
Texnikaya düzgün qulluq olunmasa, qısaqapanma, yanma və partlama mütləq olacaq. İstər elektromobil olsun, istər də benzin, dizel və ya sıxılmış qaz, fərq etməz, bunun yanacaqla əlaqəsi yoxdur".
Ekspert elektromobillərin yetərincə təhlükəsiz olduğunu deyib və texniki qulluqla bağlı daha bir misal çəkib: "Telefonunuz qızırsa, bu, bir günə olmur. Uzun müddət qızır, buna diqqət etmirik və nəticədə ekran partlayır, yaxud akkumulyator sıradan çıxır. Maşınlarda isə bu hal böyük yanğın və partlayış törədir. Texniki qulluq və istismara diqqət edilməsə, nəqliyyat vasitəsi zədələnə, partlaya da bilər".
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
HUAWEI WATCH Ultimate 2 Yaşıl Versiyası Artıq Türkiyədə Satılır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
OnePlus 15T-nin İlk Rəsmi Şəkli Açıqlandı!
Çip Böhranı Qayıda Bilər!
Google Mesajlarında Təsadüfi Mesajlar Artıq Yoxdur!
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Huawei, HarmonyOS 7-ni atlaya bilər!
iPhone 18 Pro Seriyası ilə Gələcək İnnovasiyalar
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
OpenAI-da Kritik İstefa!
EA Daha Bir Oyunu Bağlayır
Apple M5 Pro Performans Testlərində Sərhədləri Artırır
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Apple niyə Mac qiymətlərini artırdı?
Oppo Find N6 Narıncı rəngdə sızdırıldı!
Galaxy S26 Ultra Sökülür: Təmiri Nə Qədər Asandır?
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
ChatGPT üçün Növbəti Hədəf: NATO!
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
Samsung Galaxy S26 Kamerası Süni İntellektlə İnqilab Edir
Studio Display XDR Köhnə Mac-ları Məyus Edir
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir
Həftənin ən çox oxunanları
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
TECNO Modul Telefonunu Təqdim Edir
Xbox Game Pass Mart Oyunları Elan Edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

