AZ

Kovörkinq dünya trendidir, biz də bunu ölkəmizdə genişlədiririk — MÜSAHİBƏ

119481165_316099066342692_4185642338173472258_n
15.09.2020 15:30

Bir müddət öncə Bakıda kovörkiq yönümlü Texnologiya Mərkəzin açılışı olub. Ölkəmizdə ən böyük kovörkinq məkanı konsepti ilə fərqlənir və müasir həyat rejiminə uyğun rahatlığı təmin edir.

 

TED.az “Lotfi Zadeh Technology Center”in rəhbəri İmran Bağırovla müsahibəni təqdim edir:

 

“Lotfi Zadeh” Texnologiya Mərkəzi nədir və hansı xidmətləri təqdim edir?

 

“Lotfi Zadeh Technology Center” adından göründüyü kimi, texnologiya mərkəzidir, burada bir spektr xidmətlər var. Burada teknoloji şirkətlərin və ümumiyyətlə bütün ekosistemin bir araya gəlməsindən söhbət gedir. Bunun içində həm şirkətlər, servis provayderləri, proqramçılar, frilanserlar və təbii ki, texnologiyanın özü nəzərdə tutulur. Texnologiya Mərkəzimiz Caspian Plaza-da yerləşir. Niyə? Çünki məkanın texnologiya fokuslu plazaya çevirilməsinə dair strategiyası var və onun 5 mərtəbəsi texnologiya mərkəzidir. Burada ən baza xidmət kovörkinqdir. Caspian Plazada Azərbaycanın ən böyük kovörkinq mərkəzi yerləşir”

 

“Layihə AGA Group tərəfindən həyata keçirilib” .

 

 

"Mərkəzə nə daxildir?" sualına isə müsahibimizin cavabı belə oldu: “Mərkəzdə 300-dən çox oturma yeri var, qaynar masa, sabit masa, çalışma zonaları və s. Eyni zamanda, burada "Fuzzy Coffee and Wine" adlı kofe və şərab məkanı mövcuddur. 17-ci mərtəbə terası olan geniş sahədə texnologiya ilə məşğul insanların rahat şəkildə bir araya gəlib tədbirlər keçirə biləcəyi, görüşə biləcəyi və ya sadəcə içəcəyini yanına alıb keyfiyyətli zaman keçirə biləcəyi yerdir.  Mərkəz ümumi 5 mərtəbədən ibarətdir, bir mərtəbə isə tədbirlər üçün nəzərdə tutulub. Mərkəzimizdə rezidentlərə çox sürətli 200 Mbit-dən başlayan internet təmib edilib, mərkəzi server infrastrukturu, lokal və şəhər nömrələri, İVR, rezidentlərə pulsuz veb hosting və s. ilə yanaşı pulsuz çay, kofe, printer imkanları təqdim olunur. Rezidentlərə mərtəbələrə Face İD ilə zonaya daxil olma imkanı təşkil edilir. Təhlükəsizliyə xüsusilə önəm veririk. Masa üzrə sürətli internet, həmçinin statik İP verə bilirik. Hər bir müştəri üçün ona bütün məsələlərdə yardımçı olan kuratorlarımız da mövcuddur”.

 

 

“Hədəf kütləmiz startaplar, frilanserlər, kiçik sahibkarlıqla məşğul olan şirkətlərdir. Eyni zamanda böyük şirkətlərin texnologiya və innovasiya fokuslu işçiləri mərkəzimizdə yerləşib rahat işlərini görə və ekosistemin digər işçirakçıları ilə birlikdə ola bilərlər. Kovörkinq dünya trendidir, biz də bunu ölkəmizdə genişlədiririk. Pandemiyadan sonra insanlar anladılar ki, evdən də işləmək mümkündür, davamlı ofis isə zərurət deyil. Biz isə öz növbəmizdə şirkətlərə imkan veririk ki, əməkdaşlarına innovativ mühitdə işləmək imkanlarını təqdim edə bilsinlər. Qeyd etdiyim kimi, bu dünya trendidir və inkişaf etmiş ölkələrdə innovativ şirkətlər, çoxu ayrı ofislər deyil, məhz kovörkinqlərdə yer alırlar ki, birlikdə daha çox dəyər əldə etsinlər", - deyə müsahibimiz qeyd etdi. 

 

 

İmran Bağırov bildirdi ki, müəsissə ilə bağlı gələcək planların əsası akselerasiya proqramlarının təşkilidir: “Öz istiqamətimiz üzrə yolumuza davam edirik. Kovörkinq baza səviyyəsidir, akselerasiya proqramlarını təşkil etməyi planlaşdırırıq. Bir neçə laboratoriyanın da açılmasını nəzərdə tutmuşuq. Tərəfdaşlarla əlaqələrimizi möhkəmləndirəcəyik. Bizi sosial mediada izləyin".

 

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox