WhatsApp istifadəçiləri problemlə üzləşiblər
Dünyanın hər yerindən WhatsApp messencerinin beta istifadəçiləri tətbiqlə bağlı problemlə qarşılaşıblar. Problem ondan ibarətdir ki, istifadəçilər qrup söhbətlərindən çıxarılır, əlbəttə ki, öz istəkləri ilə deyil.
TED.az xəbər verir ki, bu haqda NewsBytes məlumat yayıb.
İstifadəçilərin çoxu WhatsApp-da yaranmış problemlə bağlı Tvitterdə şikayətlənib. Onların sözlərinə görə, şəbəkədə baş vermiş xəta istifadəçilərin qrup söhbətlərindən birdən-birə yox olmasına səbəb olur. Bəziləri isə başqa bir üzvün mesaj göndərməsindən sonra qruplara qayıtdıqlarını vurğulayıblar.
Eyni zamanda, bir neçə istifadəçi WhatsApp-da digər problemlərlə də qarşılaşıblar. Məsələn, hindistanlı Futurestic tətbiq vasitəsi ilə şəkil çəkə bilmədiyini bildirib. Problem yalnız messenceri v2.20.200.7 və v2.20.200.8 versiyalarına yeniləyən Android istifadəçilərini təsir edib.
Qeyd olunur ki, tətbiqin köhnə bir versiyasını quraşdırdıqda mövcud problemdən qurtulmaq mümkündür.
WhatsApp şirkətinin nümayəndələri hələ yaranmış nasazlıqla bağlı heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, sentyabrın əvvəlində WhatsApp istifadəçilərinə kənar şəxslərdən mesajlar gəlməyə başlamışdı. Bu mesajlar mesenceri əngəlləyirdi. İstifadəçi telefonda bu mətni açanda tətbiq işləmirdi və istifadəçi onu yenidən qurmağa məcbur qalırdı. Bu mesajlarda WhatsApp-ın işləyə bilmədiyi simvollar mövcud idi.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












