AZ

Azərbaycanda ilk: İDRAK şirkətindən ambulans dron – FOTOLAR

 

56e4ba7d0b9e1fed0bfab4503c06476f.jpg
17.09.2020 10:58

Azərbaycanın “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən xəsarət alanların təxliyyəsi əməliyyatları üçün ambulans dron hazırlanır.

 

TED.az Azeri Defence jurnalının saytına istinadən xəbər verir ki, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip yaradılma mərhələsindədir.

 

Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyyəsi, habelə mülki və hərbi yüklərin keçilməz ərazilərə nəqli üçün nəzərdə tutulur.

 

Qeyd edək ki, hazırda “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı işlənilir.

 

TED.az həmin dronun fotolarını təqdim edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox