AZ

İlon Mask elektron çipli donuzu təqdim etdi - Neyrobioloqlar bu barədə nə düşünürlər?

download
21.09.2020 14:45

İlon Mask-ın startapı Neuralink beyni kompüterə bağlamaq üçün Link cihazının son versiyasını təqdim edib. Təqdimatda Neyrobioloqlara insanlar üçün çiplər yaratmağa nə qədər yaxın olduqlarını və iflic xəstələrinə necə kömək edəcəkləri barədə suallar verilib.

 

2016-cı ildə İlon Mask "beyni kompüterə bağlamaq" üçün bir cihaz düzəltməli olduğu Neuralink şirkətini yaratdı. İki il ərzində inkişaf barədə heç bir məlumat yox idi və keçən yaz Maskın şirkətin beyindən məlumat oxumaq üçün istifadə etməyi planlaşdırdığı ultra incə liflər yaratması kimi texniki detallardan bəhs etdiyi bir təqdimat baş tutdu. 

 

Neuralink mütəxəssisləri bu təcrübədə meymunun beynini idarə etməyi qərara alıblar.

 

Mask iki aydır beyninə implant qoyulmuş çiplə yaşayan Gertrude adlı canlı bir donuzun başındakı bu implantı Fitbit fitness qolbağına bənzədir, yalnız o, ürək atışlarını və addımları sayan sensorlar əvəzinə beyni izləyə bilən “xırda tellərə” malikdir. 

 

Vizual olaraq heyvanın çipi olduğuna dair bir işarəyə rast gəlmək mümkün deyil. Mask Dorothy donuzundan sübut olaraq çipin bir müddət sonra çıxarıla biləcəyini açıqladı. Əməliyyatın lokal anesteziya altında aparılması gözlənilir.


Bu nəyə lazımdır?

 

Təqdimatda  implantın kömək edə biləcəyi xəstəliklər sadalanaraq, bunların depressiya, narahatlıqlar,  asılılıq, yuxusuzluq, ağrı sindromu, eşitmə itkisi, görmə, yaddaş, beyin zədələnməsi kimi problemlərin mövcudluğu məlum oldu.

 

Startapın nümayəndələri hələ keçən il bu texnologiyanın iflic olmuş pasiyentlərə kömək edəcəyini söyləmişdilər. Bəs implant iflic xəstələrinə və depressiyada olan insanlara necə kömək edəcək?

 

İlon Mask qeyd edib ki, çiplə ilk sınaqdan keçəcək şəxs iflic xəstəsi olacaq və nəticədə yeriyə biləcək.  Bu mümkündür, çünki bir insanın hərəkət etmək niyyətini deşifrə etmək üçün beynin motor mərkəzləri ilə sıx əlaqə qurmaq kifayətdir. 

 

Depressiyaya gəldikdə, alimlər qeyd ediblər ki, bunlar motor funksiyalarından fərqli olaraq bir çox beyin quruluşunun işi ilə əlaqəli olan yüksək zehni funksiyalardır və bunların necə struktura malik olduğu, öz aralarındakı funksional əlaqələri barədə çox şey hələ araşdırılmayıb. 

 

 

Bəs bu çiplərdə problem nədir? 

 

İstənilən texnologiyanın problemi var. Əsas problem biouyğunlaşmadır. Əməliyyatdan bir neçə ay sonra implantasiya olunan elektrodlar işini dayandırır, çünki bədən xarici bir cisimdən qorunmaq üçün qoruyucu bir örtüklə örtülür. Qabıq neyronların boşalmalarının yüksək keyfiyyətli qeydinə imkan vermir. Mask belə çiplərin çox bahalı olacağını düşünür.

 

Mask-ın rəqibləri varmı?

 

Tam olaraq eyni sınaqlarla məşğul olan və oxşar təcrübələr mərhələsində olan şirkətlər yoxdur. Bundan əvvəl ABŞ-ın Brown Universitetinin alimləri iflic insanların beyninə implantasiya etmək üçün oxşar bir cihaz - BrainGate yaratmışdılar. Bənzər texnologiyalar üzərində işləyən ABŞ şirkəti Paradromics mövcuddur. Eyni zamanda, müəyyən elektrodların insan beyninə implantasiyası yeni bir şey deyil. Parkinson xəstəliyi olan xəstələrə beyni stimullaşdıran kiçik nəbz generatorları yerləşdirilir. 

 

 

Neyro interfeyslər sahəsində bir çox inkişaf var ki, bunlar çiplərin implantasiyası mənasını daşımayan beyin-kompüter birləşmələridir. Vizual olaraq bunlar, məsələn, beyin fəaliyyətinin siqnallarını oxuyan, istifadəçinin zehni səylərini başa düşməyə imkan yaradan və bir sözlə, şəkillərə və ya mətnlərə çevirən elektrodlu dəbilqə və qulaqlıqdır. Bu cür cihazlar, bir insanın sağlamlıq vəziyyətinə görə başqaları ilə əlaqə qura bilmədiyi və köməyə ehtiyacı olduğu ALS və digər oxşar xəstəlikləri olan iflic insanlar üçün yaradılıb.

 

Bu sahədə həm Rusiyada, həm də digər ölkələrdə inkişaf gedir. Epilepsiya, ağır danışıq problemi, hərəkət pozğunluğu olan xəstələr üçün bu inkişaf mərhələləri çox yararlıdır. Həmçinin, məsələn, Feysbuk musiqiyə nəzarət etmək və düşüncələri mətnə çevirmək üçün qulaqlıq üzərində işləyir.

 

Aytəkin NƏSİROVA

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox