“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nümayəndələri üçün “Buludlardan xəbərdar ol” adlı intensiv təlim təşkil edib.
Nazirlikdən TED.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrinin nümayəndələrinin İT sahəsində biliklərini daha da artırmaq, onları bulud texnologiyaları ilə yaxından tanış etmək, bu mövzu ətrafında materialların hazırlanmasında jurnalistlərin işini asanlaşdırmaqdır. Həmçinin tədbir iştirakçılarına “AzInTelecom”un data mərkəzləri əsasında xidmətlər təqdim edən və Azərbaycanda bulud texnologiyaları üzrə birinci şirkət olan “Azcloud” və bulud həlləri mövzusunda ən çox yaranan suallar barədə məlumat verilib.
“AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev və bulud məhsulları üzrə ekspert Fərrux Fərəcullayev bulud texnologiyalarının nəzəriyyəsi ətrafında çıxış edib, bu texnologiyaların iş prinsipi, təklif etdiyi imkanlar, üstünlükləri haqda ətraflı danışıb.
Daha sonra mətbuat nümayəndələrinin sualları spikerlər tərəfindən cavablandırılıb.
Məlumatların konfidensiallığının nə dərəcədə qorunması barədə suala cavab olaraq spikerlər bildirib ki, istənilən bulud mühitində məlumatların monitorinqi əməliyyatların siyahısını əks etdirən jurnal (log-file) mövcuddur.
Mətbuat nümayəndələrinin gələcəkdə B2C sektorunda fəaliyyət göstərilib-göstərilməyəcəyi barədə sualını cavablandıran Ruslan Əliyev qeyd edib ki, hazırda prioritet istiqamət olaraq “Azcloud” dövlət və özəl biznesə xidmət göstərir. Gələcəkdə bazar tələbindən asılı olaraq geniş kütlə üçün də bulud həllərinin təqdim olunması nəzərdən keçiriləcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələr iştirak edib.
“AzInTelecom” maarifləndirici tədbirlərin keçirilməsinə, ictimaiyyətin müasir texnologiyalar barədə biliyini artırmasına hər zaman böyük diqqət ayırır və bu kimi tədbirlərin təşkilini gələcəkdə də davam etdirməyi planlaşdırır.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











