Bu lampa koronavirusu öldürür
Yaponiyanın işıq avadanlığı istehsalı sahəsində tanınmış Ushio Inc. şirkəti bu yaxınlarda dünyada ilk dəfə insan sağlamlığı üçün təhlükə yaratmadan koronavirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı Care 222 ultrabənövşəyi lampası həyat üçün təhlükəli virusun insanların daim girib-çıxdığı yaşayış sahələrinin, o cümlədən ictimai nəqliyyat vasitələrinin, lift və ofislərin dezinfeksiyası üçün nəzərdə tutulub.
Bildirilir ki, ultrabənövşəyi şüalar, adətən, səhiyyə və qida sənayesi obyektlərinin sterilizasiyası üçün istifadə olunur. Lakin ultrabənövşəyi lampalar dəri xərçənginə və gözlərdə problemin yaranmasına səbəb olduğuna görə bu lampalardan insanların olduğu məkanlarda istifadə edilmir.
Ushio şirkətinin təklif etdiyi yeni lampalarda 222 nanometr uzunluğunda ultrabənövşəyi şüalardan istifadə edildiyinə görə, bu lampalar mikrobları məhv etdiyi halda, insan sağlamlığı üçün təhlükə yaratmır.
Bu yaxınlarda üçüncü tərəf olaraq Hiroşima Universitetində aparılan sınaqlar 222 nanometr uzunluğunda ultrabənövşəyi dalğaların koronavirusu məhv etdiyini və onun insanların sağlamlığı üçün təhlükə yaratmadığını təsdiq edib.
Bildirilir ki, quruluşuna görə kitab ölçüsündə olan və çəkisi cəmi 1,2 kiloqram təşkil edən Care 222 aparatının satış qiyməti 300 min yenə (təqribən 2860 dollar) bərabərdir.
Hazırda şirkət tərəfindən yalnız səhiyyə müəssisələri üçün həmin avadanlığın sifarişi qəbul edilir.
Bununla yanaşı, Ushibo şirkətinin Toshiba Lighting and Technology Corp. şirkəti ilə birlikdə Care 222 şüaötürücüsünün yerləşdiyi və ümumi istifadə üçün nəzərdə tutulan yeni avadanlığın istehsalına hazırlaşdığı da bildirilir. Həmin avadanlığın gələn ilin yanvarından satışa çıxarılacağı gözlənilir.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











